Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-391/2024 17.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, Babaşov Tural Mehman oğlunun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv olunmasına dair şikayətinə İmişli Rayon Məhkəməsinin inzibati binasında nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Babaşov Tural Mehman oğlunun MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarın ləğv olunmasına dair məhkəməyə şikayətlə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin Bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verə bilər. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli zərfindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının surətini Babaşov Tural Mehman oğlu xx.xx.2024-cü il tarixdə almışdır. İşdə olan şikayətdən görünür ki, Babaşov Tural Mehman oğlu ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının surəti poçt vasitəsi ilə ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. İş materiallarını araşdırarkən müəyyən edilmişdir ki, Babaşov Tural Mehman oğlu MN ******* saylı, xx.xx.2024-cü il tarixli qərarı qərarından şikayət versə də, həmin qərardan buraxılmış prosessual müddətin bərpa edilməsinə dair vəsatəti iş materiallarına əlavə etməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş materiallar natamam olduğundan və işə baxılarkən tamamlamaq mümkün olmadığından şikayət ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması zamanı qərardad qəbul edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 109.1.6-cı maddəsini rəhbər tutub, QƏRARA ALDİM: Babaşov Tural Mehman oğlunun MN ******* saylı, xx.xx.2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunmasına dair şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-391/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-391/2024
17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver