Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-392/2024 30.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, X1 iştirakı ilə, X2 AR DİN BDYPİ tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634539 və xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634549 saylı protokollara əsasən qəbul edlimiş inzibati tənbeh vermə haqqında qərarlardan verdiyi şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634539 və xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634549 saylı protokollara əsasən qəbul edlimiş inzibati tənbeh vermə haqqında qərarların ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. X4 şikayət ərizəsinə əlavə etdiyi vəsatətində qeyd etmişdir ki, barəsində tərtib olunmuş inzibati tənbeh vermə haqqında qərarların surətini gec aldığına, bundan sonra da işinin çox olmasına və vaxtının olmamasına görə qanunvericilikdə nəzərdə tutulmuş qərardan şikayət vermə müddətini buraxmışdır.Odur ki o, buraxılmış müddətin bərpa edilərək işinə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında X4, vəsatət və şikayətinə uyğun izahat verərək müddətinin bərpa edilməsini və inzibati tənbehvermə haqqında qərarların ləğv edilməsini xahiş etmişdir. Məhkəmə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634539 protokola əsasən qəbul edlimiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 16:33-də “Kia Forte minik” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax Yolu 156.9-cu km-də Qazax istiqamətində yolda müyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 100 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. . Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634549 saylı protokola əsasən qəbul edlimiş inzibati tənbeh vermə haqqında qərarlar görünür ki, X2 xx.xx.2023-cü il tarixdə saat 16:38-də “Kıa Forte minik” markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Bakı-Qazax Yolu 167.8-ci km Qazax istiqamətində yolda müyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa, İXM 332.2-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci, 332.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 300 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin, iş materiallarına əlavə edilmiş inzibati tənbeh vermə haqqında qərarların xx.xx.2023-cü il tarixdə qəbul edilməsinə baxmayaraq, şikayət ərizəsi ilə məhkəməyə qərarın qəbul edildiyi tarixdən xeyli müddət keçdikdən sonra müraciət olunmuş və şikayət ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 57.6-cı maddəsinə əsasən bu Məcəllənin 122.1-ci, 124.5-ci və ya 124.6-cı maddələrində nəzərdə tutulan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilən inzibati xəta haqqında iş üzrə qərar aşağıdakı hallarda da rəsmi qaydada verilmiş hesab olunur: 57.6.1. nəqliyyat vasitəsinin istifadəçisinin elektron kabinetində olan mobil telefon nömrəsinə inzibati xəta haqqında bu Məcəllənin 125.2.2-ci maddəsində nəzərdə tutulan qaydada SMS məlumat çatdırıldığı vaxtdan; 57.6.2. nəqliyyat vasitəsinin istifadəçisi bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulan qaydada onun elektron kabinetinə yerləşdirilmiş inzibati xəta haqqında iş üzrə qərarla və onun əlavələri ilə tanış olduğu vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.3. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada nəqliyyat vasitəsinin dövlət qeydiyyatının aparılması və daimi uçota alınması, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, yaxud nəqliyyat vasitəsinə texniki baxışın keçirilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi zamanı barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərarın verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda); 57.6.4. bu Məcəllənin 97.4-cü maddəsində nəzərdə tutulmuş halda barəsində inzibati xəta haqqında iş üzrə elektron qərar qəbul edilmiş şəxsə həmin qərar verildiyi vaxtdan (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda). 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Məhkəmə qeyd edir ki, şikayət müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir, cavabdehi “köhnəlmiş” tələblərdən müdafiə edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Həmçinin, şikayət müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Beləliklə məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634539 və xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634549 saylı protokollara əsasən qəbul edlimiş qərarlardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 126.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı və şikayət geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 AR DİN BDYPİ tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634539 və xx.xx.2023-cü il tarixli EQ seriyalı 17634549 saylı protokollara əsasən qəbul edlimiş inzibati tənbeh vermə haqqında qərarlardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin və şikayət geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-392/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-392/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver