Məhkəmə qərarları › İş №3(036)-393/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-393/2022

25.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-393/2022 25.05.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxxxxx 1981-ci il tarixdə İmişli rayonunun Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, İmişli rayon Xəlfəli kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyən, İmişli rayonunun Kürdmahmudlu kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra - İXM) 535.1-ci maddəsi ilə toplanmış inzibati icraat materialına açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 25 may 2022-ci il tarixdə saat 10:30 radələrində İmişli regional “ASAN” xidmət mərkəzinin qarşısında xidmət aparan polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq onların ünvanına nalayiq söyüşlər söymüşdür. Məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunan inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək göstərdi ki, 25 may 2022-ci il tarixdə saat 10:30 radələrində idarə etdiyi “Honda Akkord” markalı, **- PD-*** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli regional “ASAN” xidmət mərkəzinə getmiş və mərkəzin qarşısında yerləşən dayanacağa girmək istəyən zaman bir nəfər mülki mühafizə işçisi ona yaxınlaşaraq duracaqda yer olmadığını bildirmiş, o isə ona bir dəqiqəlik yuxarı qalxıb düşəcəyini deyərək avtomobildən yerə düşmək istəyərkən sonuncu avtomobilin qapısını onun üzünə örtüb ünvanına nalayiq ifadələr işlətmişdir. Bundan sonra o, avtomobildən yerə düşərək ona tərbiyəli olmasını demiş və bununla da aralarında mübahisə yaranmışdır. Bundan sonra həmin yerə polis əməkdaşları gəlmiş və onu yerə yıxmışlar. Nəticədə onun mobil telefonu sınaraq yararsız vəziyyətə düşmüş, özü isə ayaqlarından xəsarət almışdır. Bütün bunlara baxmayaq o, onların işinə xələl gəlməməsi üçün şikayət etməmiş, lakin onlar əsassız və haqsız yerə ondan şikayət etdikləri üçün aldığı xəsarətlərə və əmlakına dəymiş maddi ziyana görə o da onların barəsində tədbir görülməsi üçün müvafiq orqanlara şikayət edəcəkdir. Qeyd olunan hadisə ilə bağlı onun heç bir təqsiri yoxdur. Odur ki, əməlində hər hansı inzibati xəta tərkibinin olmamasının nəzərə alınmasını və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə zərər çəkmiş şəxs qismində dindirilmiş İmişli rayon Mühafizə Şöbəsində mülki mühafizəçi vəzifəsində işləyən Zərərçəkmiş şəxs izahatında göstərdi ki, 25 may 2022-ci il tarixdə saat 10:30 radələrində İmişli regional “ASAN” xidmət mərkəzində xidmətdə olduğu zaman mərkəzin inzibati binasının qarşısında dayanmaq istəyən “Honda Akkord” markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşaraq adını sonradan bildiyi avtomobilin sürücüsü Seymur adlı şəxsə avtomobili müəyyən edilmiş dayanacaqda saxlamalı olduğunu bildirdikdə sonuncu onunla mübahisə edərək onun ünvanına nalayiq ifadələr işlətmişdir. Hazırda Şəxs şikayətçidir və məhkəmədən sonuncunun tənbeh olunmasını xahiş edir. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi zərər çəkmiş şəxsin izahatı və inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə öz təsdiqini tapır. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən törətdiyi xətanın xarakterini, təqsirinin dərəcəsini, habelə onun ilk dəfə inzibati məsuliyyətə cəlb olunmasını, faydalı əməklə məşğul olmasını, həmçinin cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada cərimə növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar