Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-393/2024 30.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidməti publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə iştirakı ilə, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2 maddəsi ilə inzibati xəta törətməsinə dair inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidməti publik hüquqi şəxsi tərəfindən “Aztelekom MMC” barəsində tərtib edilmiş 04 May 2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, xx.xx.2024-cü il tarixdə Y-30-21, İmişli-Otuziki yerli əhəmiyyətli avtomobil yolunun 3 km hissəsində Şəxs MMC tərəfindən alınmış, icazəsinin şərtlərinə əməl etmədən avtomobil yolunun təhkim zolağında kommunikasiya xətti (rabitə xətti) çəkməklə yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozmuşdur Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC xx.xx.2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq nümayəndəsinin iştirakı olmadan məhkəmə prosesinin keçirilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Azərbaycan Avtomobil Yolları X1 Yollarının Mühafizə Xidməti publik hüquqi şəxsin nümayəndəsi Nümayəndə izahat verərək göstərdi ki, texiniki şərtdə qeyd olunduğu kimi asfalt beton örtüyünün səthindən fiber-optik kabel xəttinə qədər olan məsafə 5 metrdən az olmamalı olduğu halda, Şəxs MMC-nin əməkdaşları tərəfindən bu şərt pozulmuşdur. Həmin fakt fotoşəkillərlə də sübut olunur. Şəxs MMC əməkdaşları inzibati xəta haqqında protokolu imzalamaqdan imtina etmişdir. Hüquqi şəxsin barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə inzibati xəta haqqında protokola Azərbaycan Respublikası İXM-nin 61.3cü maddəsinə əsasən Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında işin materiallarını yoxlayıb, inzibati xəta haqqında protokolun dəlillərini araşdırıb hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən inzibati xəta törədilməsi müəyyən edildiyindən o, inzibati məsuliyyətə cəlb edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 04 may 2024-cü il tarixli aktlarla müəyyən olur ki, Şəxs MMC tərəfindən fiber-optik kabel xəttinin çəkilməsi zamanı qüvvədə olan tikinti norma və qaydalarına riayət edilmədiyi, asfalt beton örtüyünün səthindən fiber-optik kabel xəttinə qədər olan məsafənin 5 metrdən az olduğu, kabel xəttinin çəkilməsi zamanı müvafiq yol nişanlarının qoyulmadığı və nəqliyyat vasitələrinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyin təmin olunmadığı, Aztelekom MMC-nə hüquq və vəzifələrinin izah olunduğu qeyd olunmuşdur. Toplanmış sübutlarla təsdiq olunur ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə Y-30-21, İmişli-Otuziki yerli əhəmiyyətli avtomobil yolunun 3 km hissəsində Şəxs MMC tərəfindən alınmış, icazəsinin şərtlərinə əməl etmədən avtomobil yolunun təhkim zolağında kommunikasiya xətti (rabitə xətti) çəkməklə yol hərəkətinin təhlükəsizliyi qaydalarını pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2-ci maddəsinə əsasən geoloji, axtarış, meliorasiya işlərinin aparılmasına, rabitə və elektrik xətlərinin, digər kommunikasiyaların çəkilməsinə, avtomobil yollarının torpaq sahələrində müvafiq işlərin həyata keçirilməsi üçün verilən razılığın şərtlərinə əməl edilməməsi inzibati xəta hesab edilir. Tədqiq edilmiş hallara əsasən məhkəmə hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2 maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddə 18.5. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Maddə 18.6. Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, səlahiyyətli orqanlar (vəzifəli şəxslər) bu Məcəllənin 18.2-ci maddəsində müəyyən edilmiş əsasların olması qənaətinə gəldikdə, inzibati xəta haqqında protokolu baxılmaq üçün məhkəməyə göndərirlər. Maddə 21. İnzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Maddə 31.3. Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə iş materiallarını araşdırıb və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2 maddəsi ilə nəzərdə tulmuş inzibati xətaya görə təqsirli bilinib inzibati məsuliyyətə cəlb olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114, 115, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 354.0.2 maddəsi ilə nəzərdə tulmuş inzibati xətaya görə təqsirli bilinib 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-393/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-393/2024
30.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver