Məhkəmə qərarları › İş №3(036)-40/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-40/2024

02.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-40/2024 02.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və Zərərçəkmiş şəxs iştirakı ilə, xx.xx.1980-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, Füzuli rayonunun Zərgar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat 14:08 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən ətir mağazasında aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs döymüşdür Şəxs özünün barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:08 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən ətir mağazasında Zərərçəkmiş şəxs ilə aralarında İmişli şəhərində yerləşən mənzillə bağlı yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs vuraraq ona xəsarət yetirmişdir. O, əməlindən peşman olub zərərçəkmiş şəxslə barışmışdır və inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 14:08 radələrində İmişli şəhəri, N.Savalanov küçəsində yerləşən ətir mağazasında aralarında İmişli şəhərində yerləşən mənzillə bağlı yaranmış mübahisə zamanı Şəxs tərəfindən təhqir olunmuş və döyülmüşdür O, Şəxs ilə artıq barışmışdır və daha ondan şikayətçi deyil. (ərizəsi işə əlavə edilir) İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 817 saylı ekspert rəyinə əsasən 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər sağ bazunun orta 1/3-nin arxa səthində qançır, sol saidin aşağı 1/3-nin arxa səthində sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2023-cü il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Maddənin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Zərərçəkmiş şəxs ilə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Yuxarıda gösətərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar