Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-400/2024 16.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədirliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon Polis Şöbəsinin sahə rəisi X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1986-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, İmişli rayon Sarıxanlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 15 may 2024-cü il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə İmişli Rayon Polis Şöbəsi əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli Rayon Polis Şöbəsinin sahə rəisi X2 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixində yaşadığı kənd ərazisində naməlum şəraitdə itmiş 2000 manat dəyərində itinin polis əməkdaşları tərəfindən tapılıb ona verilmədiyi halda İmişli RPŞ-ni dağıdacağı barəsində DİN-in 102 xidmətinə vermiş olduğu məlumatla əlaqədar olaraq şöbənin əməliyyat-istintaq qrupu həmin tarixdə saat 17:00 radələrində İmişli rayonu Sarıxanlı kəndində olmuş, lakin Şəxs müxtəlif bəhanələr gətirərək itinin itməsi ilə bağlı ərizə və izahat verməkdən imtina etdiyinə, eləcədə polis əməkldaşların evində olan ov silahı ilə öldürəcəyi ilə hədələdiyinə və nalayiq sözlərlə söyüşlər söydüyünə görə onu nizam intizama dəvət etmiş, o polis əməkdaşının qanuni tələbini qəsdən icra etməmişdir. Bu səbəbdən Şəxs barəsində İXM-nin 535.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o,ailə üzvləri ilə birlikdə İmişli rayonu, Sarıxanlı kəndində yaşayır və himayəsində 3 azyaşlı uşaqları var. İtinin itməsi ilə bağlı 15 may 2024-cü il tarixdə Azərbaycan Respublikası DİN 102 xidmətinə zəng edib bildirmişdir. Həmin vaxt İmişli RPŞ-nin əməkdaşları onun yaşadığı ünvana gəlmiş və o, sərxoş olduğundan polis əməkdaşlarını nalayiq söyüşlərlə söyərək təhqir etmişdir. Əməlindən peşman olduğunu nəzərə alaraq ona yüngül inzibati tənbeh növü tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş S.Orucov tərəfindən yazılmış xx.xx.2024-cü il tarixli raportdan görünür ki, İmişli rayonu Sarıxanlı kəndində yaşayan Şəxs xx.xx.2024-cü il tarixində yaşadığı kənd ərazisində naməlum şəraitdə itmiş 2000 manat dəyərində itinin polis əməkdaşları tərəfindən tapılıb ona verilmədiyi halda İmişli RPŞ-ni dağıdacağı barəsində DİN-in 102 xidmətinə vermiş olduğu məlumatla əlaqədar olaraq şöbənin əməliyyat-istintaq qrupu həmin tarixdə saat 17 radələrində İmişli rayonu Sarıxanlı kəndində olmuş, lakin Şəxs müxtəlif bəhanələr gətirərək itinin itməsi ilə bağlı ərizə və izahat verməkdən imtina etdiyinə, eləcədə polis əməkldaşların evində olan ov silahı ilə öldürəcəyi ilə hədələdiyinə və nalayiq sözlərlə söyüşlər söydüyünə görə onu nizam intizama dəvət edilmiş, o polis əməkdaşının qanuni tələbini qəsdən icra etmədiyinə, 10 dəqiqəyə yaxın müddətdə onunla və digər polis əməkdaşları ilə dava-dalaş etdiyinə görə onun barəsində qanuni tədbir görülməsi üçün onu xidməti avtomobilə mindirib şöbəyə gətirmişlər, Şəxs şöbənin inzibati binasının həyətində nalayiq sözlərlə söyüşlər söydüyünə görə onu nizam intizama dəvət etmiş, o, onun və digər polis əməkdaşlarının qanuni tələbini qəsdən icra etməmişdir. Bu səbəbdən İmişli RPŞ-nə gətirilmişdir. İşdə olan xx.xx.2024-cü il tarixli Az817 nömrəli alkovsior testinin nəticəsinə əsasən həmin gün saat 20-19-da müayinə olunarkən Şəxs qanında alkoqolun konsentrasiyasının 0,994 promilli olması aşkar edilmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə İmişli rayon polis əməkdaşlarını nalayiq söyüşlərlə söyərək onların qanuni tələblərinə tabe olmayaraq Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və bunu həm inzibati orqanda verdiyi izahatında, həm də məhkəmə iclası zamanı etiraf etmiş və səmimi peşmançılığını bildirmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən, inzibati xətanı törədərkən sərxoş halda olmasını isə məsuliyyəti ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halı və ağırlaşdıran halları nəzərə alaraq, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması nəticəsinə gəlir. Məhkəmə iş materiallarını, həmçinin Şəxs səmimi peşmançılığını, eləcə də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinin tələbini nəzərə alaraq belə qənaətə gəlir ki, ona tətbiq olunmuş cərimə inzibati tənbehin həddi 200 (iki yüz) manat məbləğində müəyyən edilməlidir. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinməli və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-400/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-400/2024
16.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver