Məhkəmə qərarları › İş №3(036)-402/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-402/2024

20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-402/2024 20.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, zərərçəkmiş şəxslər X6 və X4 iştirakı ilə , xx xxxxxx 1996-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, heç bir yerdə işləməyən, İmişli şəhəri, Yusif Şirinov küçəsi ev 39 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində İmişli rayonu, Cavadxanlı kəndində X1 və kürək nahiyəsinə, X3 isə sifət və ayaq nahiyəsinə yumruqla vuraraq onları döymüşdür. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə xalası onlara qonaq gəlmiş və həmin vaxt X7 və X6 onların yaşadığı evə gələrək xalasını aparmaq istəyərkən, bacısı Həcərlə mübahisə etmişlər. Ona görə də bacısı onları evdən qovmuşdur. Daha sonra xalası öz evinə getmişdir. Bayram və Aysel də oraya gedərək, təkrar olaraq xalasını aparmaq istəyərkən bacısı ilə yenidən mübahisə etmişlər. Bacısı evinə gəldiyi zaman onların da orada olduğunu və bacısının döyüldüyünü eşidərək, özünü cilovlaya bilməyərək həmin şəxslərlə mübahisə etmiş, X1 və kürək nahiyəsinə, X3 isə sifət və ayaq nahiyəsinə yumruqla vuraraq onları döymüşdür. Zərərçəkmiş şəxs X7 məhkəmə iclasında izahat verərək göstərdi ki, o, atası ilə birlikdə analığı Zəkiyyəni evə qaytarmaq üçün sonuncunun atası evinə getmişlər. Həmin vaxt onu evə qayıtmağa razı salsalar da, bacısı qızı Həcər Zəkiyyənin onlarla getməsinə icazə verməmiş və bu zaman aralarında mübahisə yaranmışdır. Şəxs bu zaman onların yanına gəlib, oturduğu masanın başına fırlanaraq qəfil onun üzünə sillə ilə vurmuş, daha sonra da atasının üzünə sillə ilə vurub onu boğmağa çalışmışdır. Bu zaman qaçmaq istəyərkən həyətdə yenidən kürək nahiyəsinə zərbələr endirmiş və son anda həyətdən çıxıb qaçmışdır. Zərərçəkmiş şəxs X6 məhkəmə iclasında zərərçəkmiş şəxs X7 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizası haqqında ekspert rəyinə əsasən 1954-cü il təvəllüdlü X3 məhkəmə-tibbi ekspertizasına əsasən onda sağ diz oynağının ön-iç səthində qançır bərk küt əşyanın təsirindən törənmişdir, əmələ gəlmə müddəti 8-10 günə uyğun gəlir. Müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə baş vermiş hadisədə əmələ gələ bilərdi. MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizası haqqında ekspert rəyinə əsasən 1983-cü il təvəllüdlü X4 məhkəmə-tibbi ekspertizasına, əlavə müayinə və tibbi sənəddə yazılanlara əsasən onda sol budun yuxarı 1/3nin ön səthində, sağ gözün altında qançırlar, döş qəfəsinin sağ yarısının arxa səthində kürəküstü sahədə yumuşaq toxumanın şişkinliyi bərk küt əşyanın təsirindən törənmişdir, müxtəlif şəraitlərdə o cümlədən xx.xx.2024-cü il tarixdə baş vermiş hadisə zamanı əmələ gələ bilərdi. MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli canlı şəxsin ekspertizası haqqında ekspert rəyinə əsasən 1995-ci il təvəllüdlü X2 bədəni üzərində heç bir xəsarət və ya xəsarətin izləri aşkar edilməmişdir. İmişli Rayon Polis Şöbəsinin Təhqiqat bölməsinin “cinayət işi başlanmasının rədd edilməsi haqqında” 09 aprel 2024-cü il tarixli qərarı ilə baş vermiş hadisə bir daha təsdiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinə əsasən döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirmək inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib və işin faktiki hallarına qiymət verərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 18:00 radələrində İmişli rayonu, Cavadxanlı kəndində Aysel Əbilovanın sifət və kürək nahiyəsinə, Bayram Novruzovun isə sifət və ayaq nahiyəsinə yumruqla vuraraq onları döymüşdür. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxsnın əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi öz əksini tapmış və iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas müəyyən olunmamışdır. Məhkəmə Şəxs məhkəmə iclasında verdiyi izahatına tənqidi yanaşır və hesab edir ki, onun bu izahatı özünü müdafiə xarakter daşıyır və iş materialları ilə təkzib olunur. Ona görə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin sanksiyasında üç yüz manatdan beş yüz manatadək məbləğində cərimə və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunması nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2024-cü il tarix saat 15:00-dan hesablansın. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə tapşırılsın. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar