Məhkəmə qərarları › İş №3(036)-404/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-404/2021

07.09.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-404/2021 07.09.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu, X1, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə, xx xxxxxxxx 1989-cu ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, N.ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən İmişli Rayon Məhkəməsinin 2(023)- 513/2020 saylı, 04 mart 2020-ci il tarixli icra vərəqəsi ilə borclu Şəxs 1 ədəd 600 manat dəyərində ağ qızıldan ibarət briliant qaşlı nişan üzüyü, 1 ədəd 295 manat dəyərində qızıl üzüyü, 1 ədəd 680 manat dəyərində qızıl komlekt boyunbağını, klon, sırğanı 1 ədəd 80 manat dəyərində qazan dəstini, 1 ədəd 150 manat dəyərində qırmızı rəngli xına paltarını, 1 ədəd 315 manat dəyərində nişan paltarını, 1 ədəd 145 manat dəyərində uzun yun donu, 1 ədəd 90 manat dəyərində qısa yun donu, 1 ədəd 25 manat dəyərində kapron vadalaskanı, 1 ədəd 55 manat dəyərində göy rəngli kardiqan koftanı, 1 ədəd 40 manat dəyərində ev xalatını, 1 ədəd 35 manat dəyərində güllü idman paltarını, 1 ədəd 28 manat dəyərində yaşıl uzunboğaz jaketi (vodalaska), 1 ədəd 60 manat dəyərində tünd qırmızı rəngli donu, 1 ədəd 43 manat dəyərində qəhvəyi rəngli yun donu, 1 ədəd 45 manat dəyərində iki üzlü şərfi, 1 ədəd 52 manat dəyərində boz qaşlı yaşıl koftanı, 1 ədəd 135 manat dəyərində yun yubkanı, 4 ədəd cəmi 100 manat dəyərində pünyarı, 3 ədəd cəmi 40 manat dəyərində ev ayaqqabısını, 1 ədəd 35 manat dəyərində qaşlı çantanı, 1 ədəd 40 manat dəyərində ağ çantanı, 1 ədəd 35 manat dəyərində hava fenini, 1 ədəd 25 manat dəyərində saç buran feni, 1 ədəd 75 manat dəyərində gümüş güzgünü, 1 ədəd 35 manat dəyərində tünd qırmızı rəngli çamadanı, 1 ədəd 35 manat dəyərində qızıl qabını (gümüşü), 1 ədəd 130 manat dəyərində uzun boğaz çəkməni, 1 ədəd 55 manat dəyərində ağ-qara yay ayaqqabısını, 1 ədəd 452 manat dəyərində “SAMSUNG TAB 4 8GB” markalı SİM kart dəstəkli planşet və 1 ədəd 549 manat dəyərində “İPHONE 6” markalı mobil telefonu və ya onların dəyərini tələbkar X2 tam geri qaytarmamışdır. Məhkəmə iclasında İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 izahatında bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(023)-513/2020 saylı, 04 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 1 ədəd 600 manat dəyərində ağ qızıldan ibarət briliant qaşlı nişan üzüyü, 1 ədəd 295 manat dəyərində qızıl üzük, 1 ədəd 680 manat dəyərində qızıl komlekt boyunbağı, klon, sırqa, 1 ədəd 80 manat dəyərində qazan dəsti, 1 ədəd 150 manat dəyərində qırmızı rəngli xına paltarı, 1 ədəd 315 manat dəyərində nişan paltarı, 1 ədəd 145 manat dəyərində uzun yun don, 1 ədəd 90 manat dəyərində qısa yun don, 1 ədəd 25 manat dəyərində kapron vadalaska, 1 ədəd 55 manat dəyərində göy rəngli kardiqan kofta, 1 ədəd 40 manat dəyərində ev xalatı, 1 ədəd 35 manat dəyərində güllü idman paltarı (sportivni), 1 ədəd 28 manat dəyərində yaşıl uzunboğaz jaket (vodalaska), 1 ədəd 60 manat dəyərində tünd qırmızı rəngli don, 1 ədəd 43 manat dəyərində qəhvəyi rəngli yun don, 1 ədəd 45 manat dəyərində iki üzlü şərf, 1 ədəd 52 manat dəyərində boz qaşlı yaşıl kofta, 1 ədəd 135 manat dəyərində yun yubka, 4 ədəd cəmi 100 manat dəyərində pünyar, 3 ədəd cəmi 40 manat dəyərində ev ayaqqabısı (domaşnik), 1 ədəd 35 manat dəyərində qaşlı çanta, 1 ədəd 40 manat dəyərində ağ çanta, 1 ədəd 35 manat dəyərində hava feni, 1 ədəd 25 manat dəyərində saç buran fen, 1 ədəd 75 manat dəyərində gümüş güzgü, 1 ədəd 35 manat dəyərində tünd qırmızı (bardovu) rəngli çamadan, 1 ədəd 35 manat dəyərində qızıl qabı (gümüş), 1 ədəd 130 manat dəyərində uzun boğaz çəkmə (sopoçki), 1 ədəd 55 manat dəyərində ağ-qara yay ayaqqabısı (pasonoçka), 1 ədəd 452 manat dəyərində “SAMSUNG TAB 4 8GB” markalı SİM kart dəstəkli planşet və 1 ədəd 549 manat dəyərində “İPHONE 6” markalı mobil telefon və ya onların dəyəri alınaraq, tələbkar X2 qaytarılmalıdır. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Borclu Şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün icra sənədini tam icra edə bilməyəcək və maddi imkanı olacağı zaman icra sənədini tam icra edəcəkdir. Bununla yanaşı, borclu Şəxs tərəfindən bu müddət ərzində tələbkar X2 icra sənədinə əsasən müəyyən əmlaklar geri qaytarılmışdır. Lakin borclu Şəxs 07 sentyabr 2021-ci il tarixə tələbkar X2 geri qaytarılmayan əmlakın dəyərinə görə 1635 (min altı yüz otuz beş) AZN məbləği pul və 30 (otuz) manat dövlət rüsumu borcu mövcuddur. Görülmüş icra tədbirlərinə baxmayaraq, borclu Şəxs icra sənədini tam icra etməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, borclu Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, İmişli şəhəri, N.ünvan 1 ünvanda yaşayır. O, bir müddət maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş əmlakı və ya onların dəyərini tələbkar X2 geri qaytarmamışdır. Bu müddət ərzində o, tələbkar X2 icra sənədinə əsasən müəyyən əmlakları geri qaytarmışdır. Lakin onun 07 sentyabr 2021-ci il tarixə tələbkar X2 geri qaytarılmayan əmlakın dəyərinə görə 1635 (min altı yüz otuz beş) AZN məbləği pul və 30 (otuz) manat dövlət rüsumu borcu mövcuddur. Hal-hazırda isə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və geri qaytarılmayan əmlakların dəyərini ödəməyə maddi cəhətdən imkanı yoxdur. Ümumiyyətlə, icra sənədini tam icra etmədiyinə görə, yəni inzibati xəta əməlinə görə özünü təqsirli hesab edir. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “İmişli Rayon Məhkəməsinin 2(036)-513/2020 saylı, 04 mart 2020-ci il tarixli icra vərəqəsi”nin surətindən görünür ki, məhkəmənin icra sənədinə əsasən borclu Şəxs 1 ədəd 600 manat dəyərində ağ qızıldan ibarət briliant qaşlı nişan üzüyü, 1 ədəd 295 manat dəyərində qızıl üzük, 1 ədəd 680 manat dəyərində qızıl komlekt boyunbağı, klon, sırqa, 1 ədəd 80 manat dəyərində qazan dəsti, 1 ədəd 150 manat dəyərində qırmızı rəngli xına paltarı, 1 ədəd 315 manat dəyərində nişan paltarı, 1 ədəd 145 manat dəyərində uzun yun don, 1 ədəd 90 manat dəyərində qısa yun don, 1 ədəd 25 manat dəyərində kapron vadalaska, 1 ədəd 55 manat dəyərində göy rəngli kardiqan kofta, 1 ədəd 40 manat dəyərində ev xalatı, 1 ədəd 35 manat dəyərində güllü idman paltarı (sportivni), 1 ədəd 28 manat dəyərində yaşıl uzunboğaz jaket (vodalaska), 1 ədəd 60 manat dəyərində tünd qırmızı rəngli don, 1 ədəd 43 manat dəyərində qəhvəyi rəngli yun don, 1 ədəd 45 manat dəyərində iki üzlü şərf, 1 ədəd 52 manat dəyərində boz qaşlı yaşıl kofta, 1 ədəd 135 manat dəyərində yun yubka, 4 ədəd cəmi 100 manat dəyərində pünyar, 3 ədəd cəmi 40 manat dəyərində ev ayaqqabısı (domaşnik), 1 ədəd 35 manat dəyərində qaşlı çanta, 1 ədəd 40 manat dəyərində ağ çanta, 1 ədəd 35 manat dəyərində hava feni, 1 ədəd 25 manat dəyərində saç buran fen, 1 ədəd 75 manat dəyərində gümüş güzgü, 1 ədəd 35 manat dəyərində tünd qırmızı (bardovu) rəngli çamadan, 1 ədəd 35 manat dəyərində qızıl qabı (gümüş), 1 ədəd 130 manat dəyərində uzun boğaz çəkmə (sopoçki), 1 ədəd 55 manat dəyərində ağ-qara yay ayaqqabısı (pasonoçka), 1 ədəd 452 manat dəyərində “SAMSUNG TAB 4 8GB” markalı SİM kart dəstəkli planşet və 1 ədəd 549 manat dəyərində “İPHONE 6” markalı mobil telefon və ya onların dəyəri alınaraq, tələbkar X2 qaytarılmalıdır. İş materiallarında olan MN ******* №-li, 07 sentyabr 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-513/2020 saylı, 04 mart 2020-ci il tarixli icra vərəqəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” borclu Şəxs bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, icra sənədi tam icra edilməmişdir. Ümumiyyətlə, borclu Şəxs icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan 148032-T №-li, 07 sentyabr 2021-ci il tarixli arayışdan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-513/2020 saylı, 04 mart 2020-ci il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs 07 sentyabr 2021-ci il tarixə tələbkar X2 geri qaytarılmayan əmlakın dəyərinə görə 1635 (min altı yüz otuz beş) AZN məbləği pul və 30 (otuz) manat dövlət rüsumu borcu mövcuddur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İİİ dərəcəli ədliyyə qulluqçusu X3 və inzibati xəta törətmiş şəxs Şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədinin tam icra edilməsi üçün kifayət qədər zamanı olsa da, onun bu müddət ərzində icra sənədini icra etməməsini məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi, eləcə də, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 02 sentyabr 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli 07 sentyabr 2021-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar