Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-404/2024 20.05.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində qeydiyyatda olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar "xxxx" MMC-nin xeyrinə məhkum edilmiş şəxslər, X11, X5, X10, X6, X7, Şəxs və X1 müştərək qaydada 48.576 (qırx səkkiz min beş yüz yetmiş altı) manat məbləində pul ödənməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)246/2022 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar "xxxx" MMC-nin xeyrinə 48.576 (qırx səkkiz min beş yüz yetmiş altı) manat ödəməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(106)246/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, ailə üzvlərinin xəstə olması ilə əlaqədar borcunu birdəfəlik ödəmək imkanı olmamışdır. Hazırda icarə əsasında əldə etdiyi avtomobillə fərdi qaydada sərnişindaşıma fəaliyyəti ilə məşğul olur və əldə etdiyi gündəlik qazancla ailəsini dolandırır. Hazırda heç bir ödəniş etmək imkanı yoxdur. Tələbkar "xxxx" MMC-nin nümayəndəsi X4 izahat verərək göstərdi ki, borclu Şəxs Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-246/2022 saylı icra sənədini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirib, borclu olduğu pul vəsaitinin ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X8 izahat verərək göstərdi ki, borclu Şəxs Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(106)-246/2022 saylı icra sənədini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirib, borclu olduğu pul vəsaitinin ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-404/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-404/2024
20.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver