Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-405/2022 16.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X7 və barəsində inzibatixəta haqqında iş üzrə icraat aparılan tənbeh tətbiq etmə qərar qəbul edilmiş Şəxs MMC-nin nümayəndəsi X9 iştirakı ilə, Şəxs MMC barəsində AR İXM-nin 192.1 və 324-cü maddələri ilə olan nömrəli inzibati xəta haqqında iş üzrə icraatın materiallarına бахaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC barəsində AR İXM-nin 192.1 və 324-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, cəmiyyətin direktoru X14 12 oktyabr 2021-ci il tarixdən 08 yanvar 2022-ci il tarixədək rəhbərlik etdiyi İmişli rayonu “Bəhrəmtəpə-İİ” qum-çınqıl yatağında 3,0 ha torpaq sahəsi üzrə qum-çınqıl hasilatını həyata keçirən Şəxs MMC –nin fəaliyyətini təmin etmək məqsədilə həmin cəmiyyətin xeyrinə ona məxsus “ Shacman” markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ üzrə X20 etibarnamə verərək onu AR Əmək Məcəlləsində nəzərdə tutulmuşqaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən , eyni zamanda xüsusi razılıq ( lisenziya) olmadan avtomobil nəqliyyatı ilə qum-çınqıl və digər tikinti materiallarının daşınması fəaliyyətinə cəlb etmişdir; Bundan başqa Şəxs MMC barəsində AR İXM-nin 192.1 və 324-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, cəmiyyətin direktoru X14 2022-ci ilin yanvar ayından indiyədək olan müddətdə rəhbərlik etdiyi İmişli rayonu “Bəhrəmtəpə-İİ” qum-çınqıl yatağında 3,0 ha torpaq sahəsi üzrə qum-çınqıl hasilatını həyata keçirən Şəxs MMC –nin fəaliyyətini təmin etmək məqsədilə həmin cəmiyyətin xeyrinə ona məxsus “ Shacman” markalı ** LS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ üzrə X15 etibarnamə verərək onu AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən , eyni zamanda xüsusi razılıq ( lisenziya) olmadan avtomobil nəqliyyatı ilə qum-çınqıl və digər tikinti materiallarının daşınması fəaliyyətinə cəlb etmişdir; Bundan başqa Şəxs MMC barəsində AR İXM-nin 192.1 və 324-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, cəmiyyətin direktoru X14 2022-ci ilin yanvar ayından indiyədək olan müddətdə rəhbərlik etdiyi İmişli rayonu “Bəhrəmtəpə-İİ” qum-çınqıl yatağında 3,0 ha torpaq sahəsi üzrə qum-çınqıl hasilatını həyata keçirən Şəxs MMC –nin fəaliyyətini təmin etmək məqsədilə həmin cəmiyyətin xeyrinə ona məxsus “ Shacman” markalı ** CN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ üzrə X2 etibarnamə verərək onu AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən , eyni zamanda xüsusi razılıq ( lisenziya) olmadan avtomobil nəqliyyatı ilə qum-çınqıl və digər tikinti materiallarının daşınması fəaliyyətinə cəlb etmişdir; Bundan başqa Şəxs MMC barəsində AR İXM-nin 192.1 və 324-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, cəmiyyətin direktoru X14 14 fevral 2022-ci il tarixdən indiyədək olan müddətdə rəhbərlik etdiyi İmişli rayonu “Bəhrəmtəpə-İİ” qumçınqıl yatağında 3,0 ha torpaq sahəsi üzrə qum-çınqıl hasilatını həyata keçirən Şəxs MMC –nin fəaliyyətini təmin etmək məqsədilə həmin cəmiyyətin xeyrinə ona məxsus “ HOVVO” markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ üzrə X12 etibarnamə verərək onu AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən , eyni zamanda xüsusi razılıq ( lisenziya) olmadan avtomobil nəqliyyatı ilə qum-çınqıl və digər tikinti materiallarının daşınması fəaliyyətinə cəlb etmişdir; Bundan başqa Şəxs MMC barəsində AR İXM-nin 192.1 və 324-cü maddələri ilə ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, cəmiyyətin direktoru X14 26 aprel 2022-ci il tarixdən indiyədək olan müddətdə rəhbərlik etdiyi İmişli rayonu “Bəhrəmtəpə-İİ” qum-çınqıl yatağında 3,0 ha torpaq sahəsi üzrə qum-çınqıl hasilatını həyata keçirən Şəxs MMC –nin fəaliyyətini təmin etmək məqsədilə həmin cəmiyyətin xeyrinə ona məxsus “ X29” markalı ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququ üzrə X6 etibarnamə verərək onu AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən , eyni zamanda xüsusi razılıq ( lisenziya) olmadan avtomobil nəqliyyatı ilə qum-çınqıl və digər tikinti materiallarının daşınması fəaliyyətinə cəlb etmişdir. İmişli rayon prokurorunun böyük köməkçisi vəzifəsini icra edən X13 göstərmişdir ki, X18 şikayəti əsasında aparılmış yoxlama nəticəsində müəyyən edilmişdir ki, X26 rəhbərlik etdiyi İmişli rayonu “Bəhrəmtəpə-İİ” qum-çınqıl yatağında 3,0 ha torpaq sahəsi üzrə qum-çınqıl hasilatını həyata keçirən Şəxs MMC–nin fəaliyyətini təmin etmək məqsədilə həmin cəmiyyətin xeyrinə özünə məxsus “ Shacman” markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair X20, “ Shacman” markalı ** LS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair X15, “ Shacman” markalı ** CN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair X2“, HOVVO” markalı ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair X12 və “ X29” markalı ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən istifadə hüququna dair X6 etibarnamə verərək onların hər birini AR Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsihüquqi qüvvəyə minmədən , eyni zamanda xüsusi razılıq ( lisenziya) olmadan avtomobil nəqliyyatı ilə qum-çınqıl və digər tikinti materiallarının daşınması fəaliyyətinə cəlb etmişdir. Ona görə də, Şəxs MMC hər bir inzibati xəta üzrə ayrı ayrılıqda inzibati qaydada tənbeh edilməlidir. Şəxs MMC-nin nümayəndəsi X14 göstərmişdir ki, Şəxs MMC-nin ştat cədvəli üzrə on nəfər işçisi olmuş və onların hər biri ilə əmək müqaviləsi bağlanmışdır. Şəxs MMC-də X25, X21, X4, X17 və X10 işçi kimi hesaba alınmamış və adları mühasibat sənədlərinə daxil edilmədiyindən onların heç biri cəmiyyətdən əmək haqqı almamışdır. Adı çəkilən şəxslər etibarnamə əsasında ayrı-ayrı vaxtlarda şəxsən ona məxsus olan nəqliyyat vasitələrini idarə etmiş və tam maddi məsul şəxs kimi öz adlarından yükdaşıma fəaliyyətini həyata keçirmişlər.X21 idarə etdiyi “Shacman” markalı ** LS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini istismar qaydalarına düzgün əməl etmədiyinə görə yandıraraq yararsız hala salmış və dəymiş maddi zərəri ödəməmişdir. X25 idarə etdiyi “ Shacman” markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsindən düzgün istifadə etməyərək iki təkəri vaxtından qabaq sıradan çıxartmış və dəymiş maddi zərəri ödəməmişdir. Ona görə də, X18 etibarnaməsi ləğv edilmiş və “ Shacman” markalı ** CR *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi geri alınmışdır. X18 şikayəti əsassız və qərəzli olduğundan Şəxs MMC barəsində AR İXM-nin 192.1 və 324-cü maddələri ilə olan nömrəli inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan kommersiya X24 X3 surətinə əsasən Şəxs MMC ( VÖEN: **********) xx.xx.2002-ci il tarixdə AR VN 8 saylı Ərazi Vergilər İdarəsi tərəfindən qeydiyyata alınmışdır. İşdə olan Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi Bildirişinə əsasən X14 xx.xx.2002-ci il tarixdə Şəxs MMC-nin ( VÖEN: **********) direktoru vəzifəsinə qəbul edilmişdir. İşdə olan Şəxs MMC- tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 14 saylı məlumata əsasən “ Shacman” markalı ** CR ***, ** LS ***, ** CN *** dövlət qeydiyyat nişanlı , HOVVO” markalı ** BG *** dövlət qeydiyyat nişanlı və “ X29” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomaşınlar cəmiyyətin balansında olmamışdır və indi də yoxdur. İşdə olan İmişli RİHB-nin xx.xx.2014-cü il tarixli 24 saylı sərəncamının surətinə əsasən İmişli rayonu çaxırlı kəndi yaxınlığında, “Bakı-Horadiz” avtomobil yolunun sol tərəfində yerləşən dövlət asudə fondunda olan 3,0 ha torpaq sahəsi qum-çınqıl materialının hasilatı və istifadəsi məqsədilə 30 il müddətinə Şəxs MMC-nin istifadəsinə verilmişdir. İşdə olan xx.xx.2014-cü il tarixli 05 saylı Torpaq sahəsinin icarəyə verilməsi haqqında müqavilənin surətinə əsasən İmişli rayonu çaxırlı kəndi yaxınlığında, “Bakı-Horadiz” avtomobil yolunun sol tərəfində yerləşən dövlət asudə fondunda olan 3,0 ha torpaq sahəsi qum-çınqıl materialının hasilatı və istifadəsi məqsədilə 30 il müddətinə Şəxs MMC-nin istifadəsinə verilmişdir. İşdə olan 01169 nömrəli Dağ-Mədən ayırması aktının surətinə əsasən “Bəhrəmtəpə-İİ qum-çınqıl yatağında Markşeyder planında 1,2,3,4,5,6,7,8,9,10 künc nöqtələri ilə qeyd olumuş 3,0 ha torpaq sahəsi yeraltı boşluqların istismarı məqsədilə 5 il müddətində Şəxs MMC-ə ayrılmışdır. İşdə olan AE 066984 nömrəli NV-nin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “Shacman” markalı ** CR *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomaşın xx.xx.2021-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2021-ci il tarixli X5 edilməsi haqqında Etibarnamənin surətinə əsasən X14 “ Shacman” markalı ** CR *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomaşını xx.xx.2022-ci il tarixədək idarə etməkdən ötrü X20 vermişdir . İşdə olan AC 186516 nömrəli NV-nin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “ HOVVO” markalı ** BG *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomaşın xx.xx.2014-cü il tarixdə X9 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2020-ci il tarixli X5 edilməsi haqqında Etibarnamənin surətinə əsasən X14 “ HOVVO” markalı ** BG *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomaşını xx.xx.2027-ci il tarixədək idarə etməkdən ötrü X12 vermişdir . İşdə olan AD 768678 nömrəli NV-nin Qeydiyyat şəhadətnaməsinin surətinə əsasən “ Shacman” markalı ** LS *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomaşın xx.xx.2020-ci il tarixdə X9 adına qeydiyyata alınmışdır. İşdə olan xx.xx.2022-ci il tarixli X5 edilməsi haqqında Etibarnamənin surətinə əsasən X14 “ Shacman” markalı ** LS *** dövlət qeydiyyat nişanlı özüboşaldan avtomaşını xx.xx.2028-ci il tarixədək idarə etməkdən ötrü X15 vermişdir . İşdə olan “Elektron Notariat” X1 Çıxarışa əsasən X14 özünə məxsus olan “ X29” markalı ** RL *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2021-ci il tarixdə xx.xx.2030-cu il tarixədək idarə etməkdən ötrü X6 vermişdir . İşdə olan “Elektron Notariat” X1 Çıxarışa əsasən X14 özünə məxsus olan “ HOVVO” markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşını xx.xx.2020-ci il tarixdə xx.xx.2027-ci il tarixədək idarə etməkdən ötrü X8 vermişdir . AR ƏM-nin 7-ci madəsinin 2-ci hissəsinə əsasən....., əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin Məcəllənin 49-cu maddəsinin 1-ci hissəsinə əsasən....., əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, X25, X21, X4, X17 və X10 ilə Şəxs MMC arasında bağlanmış əmək müqaviləsi bağlanmamış və həmin şəxslərlə cəmiyyət arasında əmək münasibətləri yaranmamışdır. “ Shacman” markalı ** CR *** dövlət qeydiyyat nişanlı , “Shacman” markalı ** LS *** dövlət qeydiyyat nişanlı, “ Shacman” markalı ** CN *** dövlət qeydiyyat nişanlı , HOVVO” markalı ** BG *** dövlət qeydiyyat nişanlı və “ X29” markalı ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Şəxs MMC-ə məxsus olmamış, cəmiyyətin mühasibat uçotunda və yekun balansında qeyd olunan avtomaşınların əldə olunması və istismarı xərcləri nəzərdə tutulmamışdır. Həmin avtomaşınlardan Şəxs MMC-nin xeyrinə və ya onun maraqlarının qorunması üçün istifadə olunması və cəmiyyətə məxsus olan yüklərin daşınmasında istifadə olunması müəyyən edilməmişdir. AR İXM-nin 18.2-ci maddəsinə əsasən hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs tərəfindən hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün törədilən inzibati xətalara görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməsinə yol verilmir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X14 şəxsi mülkiyyətində olan “ Shacman” markalı ** CR *** dövlət qeydiyyat nişanlı , “Shacman” markalı ** LS *** dövlət qeydiyyat nişanlı, “ HOVVO” markalı ** BF *** dövlət qeydiyyat nişanlı, HOVVO” markalı ** BG *** dövlət qeydiyyat nişanlı və “ X29” markalı ** RL *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini X25, X21, X4, X17 və X6 etibar edərkən Şəxs MMC-nin adından yox, mülki dövriyyənin müstəqil subyekti kimi öz adından çıxış etmişdir. Şəxs MMC İXM-nin 192.1-ci maddəsi ilə yalnız o halda inzibati məsuliyyət daşıya bilərdi ki, adı çəkilən şəxslər cəmiyyətin təsərrüfat fəaliyyətini həyata keçirməsi ilə bağlı cəmiyyətin adından işlərin görülməsinə cəlb edilsin, ona cəmiyyət tərəfindən təhkim edilmiş əmlakın idarəçiliyini həyata keçirsin və buna görə cəmiyyətdən əmək haqqı alsın. Qeyd olunan avtomaşınlarla daşınan yüklərin konkret mənsubiyyəti barədə heç bir sübut olmadığından Şəxs MMC“ AR İXM-nin 324.1 və 324.2-ci maddələri ilə də inzibati məsuliyyət daşıya bilməz. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 53 .0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, AR İXM-nin 192.1 və 324-cü maddələrində nəzərdə tutulan inzibati xəta tərkibi yaranmadığından Şəxs MMC barəsində İXM-nin müvafiq maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC-nin barəsində AR İXM-nin 192.1 və 324-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (оn) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə AR Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-405/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-405/2022
16.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver