Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-41/2024 23.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1987-ci ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, İmişli rayonunun Gövhərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, xx.xx.2023-cü il tarixdə, saat 17-00 radələrində İmişli rayonunun Gövhərli kəndində yerləşən əkin sahəsində aralarında yaranmış mübahisə zamanı X2 döymüşdür. Şəxs özünün barəsində olan protokolda göstərilmiş inzibati xətanı törətməkdə təqsirli bilərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17-00 radələrində İmişli rayonunun Gövhərli kəndində yerləşən əkin sahəsində aralarında torpağa görə yaranmış mübahisə zamanı əlindəki taxta ilə X2 vurmuşdur. O, əməlindən peşman olub zərərçəkmiş şəxslə barışmışdır və inzibati məsuliyyətdən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs X3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 17-00 radələrində İmişli rayonunun Gövhərli kəndində yerləşən əkin sahəsində aralarında torpağa görə yaranmış mübahisə zamanı Şəxs əlindəki taxta ilə vuraraq ona xəsarət yetirmişdir. O, Şəxs ilə artıq barışmışdır və daha ondan şikayətçi deyil. (ərizəsi işə əlavə edilir) İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 805 saylı ekspert rəyinə əsasən X1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədənində aşkar edilmiş xəsarətlər sağ əlin ovuc səthində qançır bərk küt əşyanın təsirindən törənmişdir. Qeyd olunan xəsatətlər sağlamlığa zərər vurmayan olduğu üçün dərəcəsi təyin edilməyən xəsarətlərdir. Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Həmin Maddənin 39-cu maddəsinə əsasən bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərər çəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs X3 ilə barışdığına görə Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə inzibati məsuliyyətdən azad edilməli və barəsində olan inzibati icraata xitam verilməlidir. Yuxarıda gösətərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-41/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-41/2024
23.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver