Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-412/2023 19.07.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tağıyev Rasət Şaiq oğlunun katibliyi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə anadan olmuş, AR vətəndaşı, İmişli, Y.Qaralar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2023-cü il tarixli İXP 5283343) tərtib edilmişdir ki, o, “JAC PİCK UP HEC 1037D3KSF Minik” markalı 77PX 206 dövlət nömrə nişanlı avtomaşını xx.xx.2022-ci il tarixdə, saat 12- 17 radələrində idarə edərkən yolda üəyyən edilmiş hərəkət sürətini 43 km/saat aşdığına (GPS39,770557,48,013004) görə AR İXM-nin 328.3-cü maddəsi ilə 150,0 manat cərimə olunması haqqında xx.xx.2022-ci il tarixli EQ 12133013 nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Protokol əlavə edilmiş sənədlərlə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şəxs izahatında göstərmişdir ki, o, xx.xx.2022-ci il tarixdə X1 Təchizatı İmişli elektrik şəbəkəsində istismar üzrə mühəndis, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək isə Ağcabədi rayon elektrik şəbəkəsinin istismarı üzrə mühəndis vəzifələrində işləmiş və əmək vəzifələrinin icrası ilə əlaqədar "xxxx" MMC-yə məxsus “JAC PİCK UP” markalı **-PX-*** dövlət nömrə nişanlı avtomobili etibarnamə ilə idarə etmişdir. Əmək münasibətinə xitam verildiyi gün, yəni xx.xx.2022-ci il tarixdə həmin avtomobil Cəmiyyət tərəfindən ondan geri götürülmüşdür. “JAC PİCK UP HEC 1037D3KSF Minik” markalı 77PX 206 dövlət nömrə nişanlı avtomaşını xx.xx.2022-ci il tarixdə, saat 12-17 radələrində yolda idarə etməmiş və yol hərəkəti qaydaları əleyhinə olan heç bir inzibati xəta törətməmişdir. Ona görə də, AR İXM-nin 328.3-cü maddəsi ilə 150,0 manat cərimə olunması haqqında xx.xx.2022-ci il tarixli EQ 12133013 nömrəli qərar qanunsuz hesab edilməli və barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşdə olan xx.xx.2022-ci il tarixli EQ 12133013 nömrəli inzibati tənbeh vermə haqqında qərarın surətinə əsasən Şəxs “JAC PİCK UP HEC 1037D3KSF Minik” markalı 77PX 206 dövlət nömrə nişanlı avtomaşını xx.xx.2022-ci il tarixdə, saat 12-17 radələrində idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 43 km/saat aşdığına ( GPS39,770557,48,013004) görə (xx.xx.2022-ci il tarixli EQ12133013 nömrəli inzibati xəta haqqında protokol) AR İXM-nin 328.3-cü maddəsi ilə 150,0 manat cərimə olunmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmədə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs AR İXM-nin 328.3-cü maddəsi ilə 150,0 manat cərimə olunması haqqında xx.xx.2022-ci il tarixli EQ 12133013 nömrəli qərar qanunla müəyyən edilmiş müddətdə şikayət edilmədiyindən qanuni qüvvəsini almışdır. Şəxs barəsində xx.xx.2022-ci il tarixli EQ12133013 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 12133013 saylı qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyərək 150 manat məbləğində cəriməni və ona hesablanmış dəbbə pulunu ödəməmişdir. "xxxx" MMC-yə məxsus “JAC PİCK UP HEC 1037D3KSF Minik” markalı 77PX 206 dövlət nömrə nişanlı avtomaşının xx.xx.2022-ci il tarixdə Şəxs sərəncamında olub olmaması və həmin tarixdə saat 12-17 radələrində yolda idarə olunarkən onun tərəfindən AR İXMnin 328.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanın törədilib törədilməməsi barəsində AR İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraatda tədqiqat predmeti olmadığından araşdırılmazı zərurəti yoxdur. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli ( hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs barəsində xx.xx.2022-ci il tarixli EQ12133013 nömrəli inzibati xəta haqqında protokol üzrə qəbul edilmiş xx.xx.2022-ci il tarixli EQ 12133013 saylı qərarı qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməyərək 150 manat məbləğində cəriməni və ona hesablanmış dəbbə pulunu ödəməmişdir. Şəxs hərəkətləri AR İXM-nin 529.3-cü maddəsinin tərkib əlamətləri ilə əhatə olunur. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alaraq Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması növündə tənbeh tədbiri seçilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 244,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib nəqliyyat vasitələrini idarə etmək hüququ 6 (altı) ay müddətə məhdudlaşdırılsın. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-412/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-412/2023
19.07.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver