Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-414/2024 04.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun, Məhkəmə iclas katibi X1, Şikayətçi Babaşov Tural Mehman oğlunun iştirakı ilə, Babaşov Tural Mehman oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə və buraxılmış müddətin bərpası barədə ərizəyə İmişli rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Babaşov Tural Mehman oğlu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Babaşov Tural Mehman oğlu şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sənətlər İdarəsinin rəisinin 23.02..2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272 3-cü maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. O, həmin qərarla razı deyil. Belə ki, o, qanunsuz ov etməmişdir. 11 levral 2023-cü il tarixdə o, heyvanı itdiyi üçün həmin ərazidə heyvanı axtarmışdır. Həmin vaxtı 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı ona yaxınlaşmış və orada nə axtardığımı soruşmuşdur. O da ona bildirmişdir ki, heyvanı itib onu axtardığını bildirmişdir. Bildirmişdir ki, üzərində silah var oda cavabında ona demişdir ki, “sənədli silahımdı üzərimdə gəzdirirəm.” Bundan sonra ona bildirmişdir ki, Qarabağ müharibəsi veteranıdır və burada heç bir ov etməmişdir. Bundan sonra 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı heç bir əsas olmadan və əlində heç bir ov olmadığı halda qanunsuz olaraq onun barəsində sözü gedən inibati protokolu tərtib etmişdir. Hazırda o, sözü gedən qərarla razı deyildir. Bütün bunlara baxmayaraq 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi əsasız olaraq onu yüksək məbləğdə cərimə etmişdir. Həmçinin qeyd edir ki, qanuna əsasən sözü gedən məsələnin araşdırılması üçün o, idarəyə dəvət olunmalı və onun iştirakı ilə araşdırma aparılmalı idi, lakin qeyd edir ki, sözü gedən işin araşdırılması üçün ona heç bir məlumat verilməmişdir. 13 fevral 2024-cü il tarixində tərtib olunan protokol 22 aprel 2024cü il tarixində, 23 fevral 2024-cü il tarixində qəbul olunmuş qərar isə 02 may 2024-cü il tarixində poçt vasitəsi ilə ona verilmişdir. Babaşov Tural Mehman oğlu şikayət müddətinin ötürülməsinin üzrlü hesab edilərək bərpa edilməsi barədə vəsatətində göstərmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sənətlər İdarəsinin rəisinin 23.02..2024-cü il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə mən Azərbaycan Respublikası İXM-nin 272.3-cü maddəsinə əsasən 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Qanuna əsasən sözü gedən məsələnin araşdırılması üçün o, idarəyə dəvət olunmalı və onun iştirakı ilə araşdırma aparılmalıdır. Lakin sözü gedən işin araşdırılması üçün ona heç bir məlumat verilməmiş və sözü gedən qərar 02 may 2024-cü il tarixində poçt vasitəsi ilə ona verilmişdir. O, həmin qərardan İmişli rayon məhkəməsinə şikayət vermiş, lakin İmişli rayon məhkəməsi buraxılmış müddətin bərpası barədə vəsatət verilmədiyini əsas tutaraq şikayəti geri qaytarmışdır. Hazırda o, müddətin bərpası barədə vəsatəti iş materiallarına əlavə etmişdir. Qərar ona vaxtında verilmədiyi üçün o, şikayət vermə müddətinin üzürlü olaraq ötürməmişdir. Babaşov Tural Mehman oğlu şikayətin və vəsatətin məzmununa uyğun ifadə verərək buraxılmış müddətin bərpa edilməsi və şikayətinin təmin olunmasını xahiş etmişdir. O, izahatında əlavə olaraq bildirmişdir ki, şikayət müddətini qanunun tələblərinə bilmədiyi və 20 gün müddətində şikayət verə biləcəyini düşündüyü üçün müddəti ötürmüşdür. Məhkəməyə təqdim olunmuş şikayət ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, qanunvericilikdə qərardan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət üzrsüz səbəbdən buraxıldığından şikayətçi tərəfindən verilmiş buraxılmış müddətin bərpa olunmasına dair vəsatət təmin edilməməlidir. Belə ki, şikayətə əlavə edilmiş inzibati tənbeh vermə haqqında xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərardan görünür ki, Babaşov Tural Mehman oğlunun xx.xx.2024cu il tarixdə “Sarı-Su” ovçuluq təsərrüfatında qanunsuz ov edilməsi qaydalarını pozması əsas gətirilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 1000 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. İşdə olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli zərfindən görünür ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının surətini Babaşov Tural Mehman oğlu xx.xx.2024-cü il tarixdə almışdır. İşdə olan şikayətdən görünür ki, Babaşov Tural Mehman oğlu ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarının surəti poçt vasitəsi ilə ona xx.xx.2024-cü il tarixdə çatdırılmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3-cü maddəsinə əsasən buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. 132.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən aşağıdakı məsələlər həll edilir: 132.1.1. inzibati xəta haqqında iş həmin hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) aiddirmi; 132.1.2. inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hallar mövcuddurmu; 132.1.3. vəsatətlərə baxılır, zəruri olduqda ekspertiza təyin edilir, əlavə materiallar tələb olunur, şikayətə və ya protestə baxılma üçün lazım olan şəxslər çağırılır. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti üzrlü səbəb olmadan buraxıldığından, həmin müddətin üzrlü səbəbdən buraxılmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim olunmadığından və buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildiyindən şikayətçi tərəfindən verilmiş vəsatət təmin olunmamalı, şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, şikayət müddəti ilə bağlı məhdudiyyətlər bir neçə vacib məqsədə xidmət edir. Yəni hüquqi müəyyənliyi və qətiliyi təmin edir və məhkəmənin uzaq keçmişdə baş verən hadisələr ilə bağlı, zaman keçdiyindən natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edəcəyi təqdirdə yarana bilən ədalətsizliyin qarşısını alır (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Həmçinin, şikayət müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir. ikinci, hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnizbati Xətalar Məcəlləsinin 128- 130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Babaşov Tural Mehman oğlunun Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan şikayət vermək üçün buraxılmış müddətin bərpasına dair vəsatəti təmin edilməsin və şikayət ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılsın. Qərardaddan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-414/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-414/2024
04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver