Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-42/2021 27.01.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Hacıyeva Nuranə Busat qızının katibliyi, Şikayət vermiş şəxs X5 iştirakı ilə, İmişli rayon Polis şöbəsinin DYP bölməsinin polis baş leytenantı X7 xx xxxxxx 2021ci il tarixli TP ******* nömrəli inzibti tənbeh vermə haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq, Müəyyən etdi: İmişli rayon Polis şöbəsinin DYP bölməsinin polis baş leytenantı X7 xx xxxxxx 2021ci il tarixli TP ******* nömrəli inzibti tənbeh vermə haqqında qərarı ilə X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətində göstərdiyi xüsusatlara uyğun izahat verərək şikayətini müdafiə etdi və göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə saat 19 radələrində İmişli şəhərində həyat yoldaşının adına qeydiyyatda olan 90 TB-935 nömrəli Volksvagen Passat markalı avtomobili idarə edərkən İmişli rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılmış və avtomobili etibarnamə olmadan idarə etməsi əsas göstərilərək avtomobili polis şöbəsinə aparmış və saxlanc duracağına yerləşdirmişlər. O, polis əməkdaşlarına, hətta DYPB-nin rəisi X4 qəbuluna gedib avtomobili birgə nikahları dövrdə həyat yoldaşının adına aldığını və qanunla onların birgə mülkiyyəti sayıldığını bildirsə də buna məhəl qoyulmamış, nəticə etibarı ilə səhəri gün, yəni xx xxxxxx 2021-ci il tarixdə onun barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci vı 332.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Halbu ki, inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməli idi. Bununla da mövcud qanunverciliyin tələbləri Yol polisi əməkdaşları tərəfındən kobud pozulmuşdur. İmişli rayon Yol Polisinin qəbul edilmiş X21 haqqında xx.xx.2021-ci il tarixli TP 414454 saylı Qərarı ilə tanış olarkən məlum olmuşdur ki, mən yolayrıcını keçmə qaydalarının pozulmasına və nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibamamə olmadan idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2-ci, 332.1ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə barəsində 60 manat məbləğində cərimə edilmə haqqında tənbeh növü tətbiq edilmişdir. Qeyd olunanlara əsasən hesab edir ki, həmin qərar tam şəkildə əsasız və qanunsuzdur. Ona görə də həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında İmişli RPŞ-nin DYP bölməsinin yol patrul xidməti baş inspektoru, polis baş serjantı X17 izahatında göstərdi ki, xx xxxxxx 2021-ci il tarixdə sürücü X8 yolayrıncı keçid qaydalarını pozduğuna görə saxlanılmış, yoxlama zamanı müəyyən olunmuşdur ki, sürücü avtomobili etibarnamə olmadan idarə edir. Bu səbəbdən həmin gün, yəni xx xxxxxx 2021-ci il tarixdə barəsində inzibati xəta haqqında protokol tərtib olnmuşdur. Bundan sonra sürücü X2 rayon Polis şöbəsinin DYP bölməsinin polis baş leytenantı X7 xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibti tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. Sürücü idarə etdiyi avtomobilin həyat yoldaşının mülkiyyətində olduğunu, birgə nikah dövründə əldə etdiklərini və onların birgə mülkiyyəti sayıldığını göstərsə də, qanunla avtomobili idarə etməsi üçün etibarnaməsi olmalı idi, lakin etibarnaməsi olmadığına görə barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Hesab edir ki, qərar qanunidir, ona görə də dəyişdirilmədən saxlanılmasını xahiş edir. Məhkəmə iclasında İmişli RPŞ-nin DYP bölməsinin yol patrul xidməti inspektoru, polis baş serjantı X3 Elçin Xaqani oğlunun izahatına uyğun izahat verərək şikayətin təmin edilməməsini və İmişli rayon Polis şöbəsinin DYP bölməsinin polis baş leytenantı X7 xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibti tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə şikayət vermiş şəxsi və inzibati xəta haqqında protokol tərtib etmiş şəxsi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət aşağıda qeyd olunan əsaslara görə təmin edilməlidir. Məhkəmə, sürücü X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsi ilə təqsirləndirilməsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşdə olan AD 479363 nömrəli “nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi”nin surətindən görünür ki, “VOLKSVAGEN PASSAT” markalı, **-TB-*** dövlət nömrə nişanlı avtomobil xx xxxxx 2019-cu il tarixdən X9 mülkiyyətindədir. İşdə olan AZ-İ 367246 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X1 Şəfəq Fətəli qızı ilə xx xxxxx 2008-ci il tarixdə nikaha daxil olmuşdur. Göründüyü kimi “VOLKSVAGEN PASSAT” markalı, **-TB-*** dövlət nömrə nişanlı avtomobil X8 ilə X9 birgə nikahları dövründə əldə edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1-ci maddəsinə görə nikah müddətində ərarvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.1-ci maddəsinə görə ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinə görə Nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Həmin maddənin Qeyd hissəsinə görə Bu Məcəllənin 332.1, 335.1, 336.1 və 337.1-ci maddələrində “nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs” dedikdə, nəqliyyat vasitəsinin mülkiyyətçisi, yaxud etibarnamə və ya icarə və ya digər əşya hüquqlarına dair müqavilə əsasında nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs başa düşülür. Məhkəmə belə qənaətə gəlir ki, “VOLKSVAGEN PASSAT” markalı, **-TB-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində onun sahibi kimi X9 göstərilməsi həmin nəqliyyat vasitəsinin yalnız ona məxsus olması anlamına gəlmir, X15 həmin avtomobili X8 ilə birgə nikahları dövrdə əldə etdiyindən X8 da həmin avtomobilin mülkiyyətçisi hesab edilir və belə olan halda onun həmin avtomobili idarə etməsi hər hansı inzibati xəta tərkibi yaratmır, ər-arvad birgə nikah dövründə əldə etdikləri nəqliyyat vasitəsini onlardan hər hansı birinin mülkiyyətində olmasına baxmayaraq etibarnaə olmadan idarə edə bilər. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Bundan başqa iş materiallarında olan İmişli RPŞ-nin DYP bölməsinin yol patrul xidməti baş inspektoru, polis baş serjantı X17 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, sürücü X8 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Həmin protokoldan görünür ki, inzibati xətanın törədilməsini ifadə edən hallar xx xxxxxx 2021-ci il tarixdə saat 19:50 radələrində baş vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Göründüyü kimi sürücü X8 barəsində inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra deyil, xx xxxxxx 2021-ci il tarixdə protokol tərtib olunmaqla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 101.1-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan başqa Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 327.2-ci maddəsində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilir və bu Məcəllənin 100.1.8-ci maddəsinə əsasən həmin xüsusi texniki vasitələrin göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar tərtib olunmuş inzibti xəta haqqında protokolda göstərilməlidir. Lakin İmişli RPŞ-nin DYP bölməsinin yol patrul xidməti baş inspektoru, polis baş serjantı X17 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokolda belə qeydlər aparılmamışdır. Bununla da İmişli RPŞ-nin DYP bölməsinin yol patrul xidməti baş inspektoru, polis baş serjantı X17 tərəfindən sürücü X5 barəsində inzibati xəta haqqında protokol tərtib olunarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin qeyd hissəsinin, həmin Məcəllənin 100.1.8, 122.1 və 101.1-ci maddələrinin tələbləri pozulmuşdur. Beləliklə, məhkəmə hesab edir ki, X5 barəsində İmişli RPŞ-nin DYP bölməsinin yol patrul xidməti baş inspektoru, polis baş serjantı X17 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzərə İmişli rayon Polis şöbəsinin DYP bölməsinin polis baş leytenantı X7 xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibti tənbeh vermə haqqında qərarı ləğv edilməli və X5 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-118 və 128- 130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X5 barəsində İmişli RPŞ-nin DYP bölməsinin yol patrul xidməti baş inspektoru, polis baş serjantı X17 tərəfindən tərtib olunmuş xx xxxxxx 2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol üzərə İmişli rayon Polis şöbəsinin DYP bölməsinin polis baş leytenantı X7 xx xxxxxx 2021-ci il tarixli TP ******* nömrəli inzibti tənbeh vermə haqqında qərarı ləğv edilsin və X5 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2 və 332.1-ci maddələri ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-42/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-42/2021
27.01.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver