Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-421/2024 12.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, xx.xx.1970-ci ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli şəhəri, Həzi Aslanov küçəsi 24,14 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2024-ci il tarixli, TP ******* nömrəli qərara əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə Şəxs barəsində 100 manat məbləğində inzibati cərimə növündə tənbeh tətbiq edilmişdir. Qərar qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməmişdir. Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi haqqında İXP ******* nömrəli, xx.xx.2024-cü il tarixli protokol tərtib edilmişdir. Qeyd olunan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılmaq üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və həmin material xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. xx.xx.2024-cü il tarixli Azərbaycan Respublikası “Asan Pay” X1 çıxarışdan görünür ki, Şəxs xx.xx.2024-ci il tarixli, TP ******* nömrəli qərar əsasında barəsində tətbiq edilmiş inzibati tənbeh növündə cəriməni ödəmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinin dispozisiyasına əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, bu Məcəllənin 529.1-ci və ya 529.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni, dəbbə pulunu (bu Məcəllə ilə müəyyən edilmiş hallarda), 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs isə müvafiq cəriməni, dəbbə pulunu, nəqliyyat vasitəsinin duracağa gətirilməsinə və onun orada saxlanılmasına görə haqqı inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədikdə inzibati məsuliyyətdən azad olunur. Beləliklə, iş materialları ilə müəyyən olur ki, Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta törətdiyinə görə barəsində cərimə növündə inzibati tənbeh tətbiq edilsə də 3 ay müddətində icra etməmiş, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə protokol tərtib edilmiş və işə məhkəmədə baxılana qədər isə müvafiq cərimə ödənilmişdir. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs müvafiq cəriməni inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək ödədiyinə görə inzibati məsuliyyətdən azad olunmalıdır. İnzibati Xətalar Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göründüyü kimi, inzibati xətanı törətmiş şəxs tərəfindən artıq cərimə ödənilmiş və qanunun tələbinə görə iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10, 110, 114, 115, 128-130-cu maddələrini və 529-cu maddəsinin qeydini rəhbər tutaraq, məhkəmə qərara aldı: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş Şəxs inzibati məsuliyyətdən azad edilsin və iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-421/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-421/2024
12.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver