Məhkəmə qərarları › İş №3(036)-426/2020

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-426/2020

05.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-426/2020 05.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxxx 1990-cı ildə İmişli rayonu, Kürdmahmudlu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli rayonu, Kürdmahmudlu kəndində qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindəndaxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində İmişli şəhəri, 28 May küçəsi, dalan 2 ünvanda şəxsi münasibətlər zəmnində keçmiş arvadının bacısı Zərərçəkmiş şəxs qarşısına çıxaraq onun ünvanına nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdirki, o, İmişli rayonu, Kürdmahmudlu kəndində yaşayır. Zərərçəkmiş şəxs onun keçmiş arvadının bacısıdır. Onu da qeyd edir ki, İmişli şəhəri, 28 May küçəsi, dalan 2 ünvanda keçmiş arvadı Vüsalə xanım ilə birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evi vardır. Lakin keçmiş arvadı Vüsalə xanım və onun ailə üzvləri onun həmin evdə yaşamasına icazə vermirlər. Əvvəllər də, onun keçmiş arvadı Vüsalə xanım və onun ailə üzvləri ilə ailədaxili münaqişələri olmuşdur. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində İmişli şəhəri, 28 May küçəsi, dalan 2 ünvanda Xəyalə ilə rastlaşmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı öz əsəblərini cilovlaya bilməmiş və Zərərçəkmiş şəxs ünvanına bir neçə nalayiq ifadə işlətmişdir. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta əməli törədir, gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qanunlara əməl edəcək. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, 28 May küçəsi, dalan 2, yeni tikilidə yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs onun bacısının keçmiş əridir. Onu da qeyd edir ki, əvvəllər də, onların Şəxs ilə ailədaxili münaqişələri olmuşdur. Sonuncu dəfə xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində İmişli şəhəri, 28 May küçəsi, dalan 2 ünvanda İlkin ilə rastlaşmış və aralarında mübahisə yaranmışdır. Mübahisə zamanı Şəxs onu nalayiq ifadələrlə təhqir etmişdir. Daha sonra o bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq, məlumat vermişdir. Buna baxmayaraq, o, Şəxs bacısının keçmiş əri və eləcə də, cavan şəxs olmasını nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan İmişli Rayon Polis Şöbəsinin məsul növbətçisi, polis polkovnikleytenantı Rza Əsədov tərəfindən İmişli Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Fizuli Şıxəliyevə ünvanlanmış raportdan görünür ki, X1 baş vermiş inzibati xəta hadisəsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi “102” Xidməti Zəng Mərkəzinə zəng vuraraq, məlumat vermişdir. İş materiallarında olanMN0587339 №-li, xx xxxxxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan müəyyən olunur ki, Şəxs xx xxxxxxx 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində İmişli şəhəri, 28 May küçəsi, dalan 2 ünvanda şəxsi münasibətlər zəmnində keçmiş arvadının bacısı Zərərçəkmiş şəxs qarşısına çıxaraq onun ünvanına nalayiq ifadələr işlədərək, ictimai qaydanı pozmaqla xırda xuliqanlıq etmişdir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs və Zərərçəkmiş şəxs izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır, Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlininhüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları,inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 100 (yüz)manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsiləŞirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar