Məhkəmə qərarları › İş №3(036)-426/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-426/2024

04.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-426/2024 04.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X4 Bölməsinin sahə rəisi, polis mayoru X5, Zərərçəkmiş şəxs X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1985-ci il tarixdə İmişli rayonu, Qızılkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, “Kolxoz” bazarında nəzarətçi işləyən, İmişli rayonu, Qızılkənd kəndində kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli Rayon Polis Şöbəsinin X4 Bölməsinin sahə rəisi, polis mayoru X9 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 04 iyun 2024-cü il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İmişli Rayon Polis Şöbəsinin X4 Bölməsinin sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib olunmuş 04 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə X6 Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir ki, Şəxs tərəfindən söyülüb təhqir olunmuş və ictimai qaydanı kobud şəkildə pozmuşdur. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, İmişli marketdə - "xxxx" ASCdə nəzarətçi işləyir. Himayəsində 3 azyaşlı övladı var. X6 həmin vaxt bazara olmuşdur. İddiaçı X1 təhqir etməmişdir. Sadəcə onunla arasındaa mübahisə olmuşdur. Beləliklə o, əməlindən peşman olduğunu, bir daha belə hallara yol verməyəcəyini və 3 azyaşlı övladının olduğunu bildirərək barəsində yüngül inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs X6 ifadəsində göstərmişdir, həmin gün “Kolxoz” bazarına gəlmişdir. Bazarda nəzarətçi işləyən Kamal adlı şəxs heç bir səbəb olmadan bazara aidiyyatı olmayan bir yerdə kənddən gələn bir vətəndaşdan 2 kiloqram sarımsaq alarkən onun üzərinə gəldi və əlində olan sarımsağı alaraq motoskiletin yük yerinə atdı. Zərərçəkmiş buna deyəndə ki, “siz neynirsiz?” ona cavabında “indidə polisdə işləmirsən deyə ayağıın altına salıb tapdalayaram səni” bildirmişdir. Bundan sonra Kamal adlı şəxs onu nalayiq söyüşlərlə söyərək təhqir etdi. O da 04 iyun 2024-cü il tarixdə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat vermişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis Şöbəsinin X4 Bölməsinin sahə rəisi, polis mayoru X9 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 04 iyun 2024-cü il tarixli protokol tərtib olunduğunu bildirmiş və qərar qəbul edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 bildirmişdir ki, “Kolxoz” bazarında nəzarətçi işləyir. Bazarın qarşı tərəfi olan yəni küçə hissəsində qanunsuz küçə ticarəti ilə məşğul olan şəxslərə icazə verilmir ki, orda məhsul satışı ilə məşğul olsunlar. Həmin vaxt X6 həmin yerə yaxınlaşaraq orda məhsul satan şəxsdən məhsul aldı və Şəxs satıcıya etirazını bildirərək, burda satışla məşğul olmamasını bildirdi. Bu zaman isə X6 etirazını bildirərək, ondan məhsul aldığnı və camaatın çörək qazanmasına imkan vermədiklərini bildirdi. Buna görə aralarında mübahisə yarandı. Lakin, Şəxs X3 təhqir etməsini və itələməsini görməmişdir. Lakin yüksək səslə mübahisə etmişlər. İş üzrə şahidlər X13 və X10 ayrı-ayrılıqda ifadə verərək, şahid X7 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Polis X4 Bölməsinin sahə rəisi, polis mayoru X9 tərəfindən tərtib edilmiş 04 iyun 2024-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X6 xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Daxil İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək Şəxs tərəfindən nalayiq söyüşlərlə söyülməsinə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; “AZEMİS” elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Şəxs "xxxx" ASC-də kimya sahəsi üzrə mühəndis vəzifəsində işləyir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahidlərin ifadələri və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı kobud surətdə pozmuşdur. İnsanların sıx toplaşdığı ərazidə - bazarın yaxınlağında, vəzifə funksiyalarına aid olmadığı halda həmin ərazidə ticarətlə məşğul olan şəxsi ərazidən uzaqlaşdırmağa çalışmış və bu zaman ona iradını bildirən və həmin satıcıdan məhsul alan zərərçəkmişlə yüksək səslə mübahisə edərək ictimai qaydanı pozuşdur. Məhkəmə araşdırması zamanın onun "xxxx" ASC-də kimya sahəsi üzrə mühəndis vəzifəsində işlədiyi müəyyən edilmişdir.. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), himayəsində üç azyaşlı övladının olmasını (İXM-32.2), ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar