Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-433/2021 08.10.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X4 Hacıyevin sədrliyi, Xuraman Emin qızı Əsədlinin katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X1 iştirakları ilə, xx xxx 1990-cı il tarixdə İmişli rayonunun Mirili kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Mirili kəndində qeydiyyatda olan və yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində 28 sentyabr 2021-ci il tarixində İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, Şirvan Apelyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(106)-3073/2018 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında Şirvan Apelyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(106)-3073/2018 saylı icra sənədi üzrə tələbkar X2 hazırda 2000 manat ödədiyini, qalan borcunu isə ödəyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 bildirdi ki, Şirvan Apelyasiya Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli, 2(106)-3073/2018 saylı icra sənədinə əsasən borclu Şəxs 5400 (beş min dörd yüz) manat məbləğində pul tutulub tələbkar X2 ödənilməlidir. Lakin borclu üzrlü səbəblər olmadan icra sənədinin icrasını təmin etməmişdir. Ona görə də onun tərəfindən borclunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin borclu 03 oktyabr 2021ci il tarixdə tələbkara olan borcundan 2000 manat ödəmiş, qalan borcunu da ödəyib müvafiq qəbzi İcra şöbəsinə təqdim edəcəyinə söz vermişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, icra məmurunun ifadəsi və iş materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs İXM-nin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Lakin iş materiallarında olan qəbzdən görünür ki, borclu Şəxs son zərurət vəziyyətində tələbkara olan borcundan 2000 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.3-cü maddəsinə görə şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 53, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-433/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-433/2021
08.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver