Məhkəmə qərarları › İş №3(036)-433/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-433/2024

07.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-433/2024 07.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1983-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli şəhəri, Xiyabani küçəsi, ev 102-də qeydiyyatda olan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X2 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 200 manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)- 2028/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və cəmi 1600 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar X2 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay 200 manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-2028/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, qazancının olmaması ilə əlaqədar ödəyə bilməmişdir. Hazırda yeni işə düzəlmişdir. Əgər vaxt verilsə, təxminən 10 günə aliment borcundan maksimum 800 manat ödəməyə imkanı çatacaq. Hazırda isə heç bir ödəniş edə bilmir. Ona görə də, aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-2028/2023 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Ona görə barəsində axtarış elan edilmişdir. Hazırda Şəxs polis əməkdaşlarının vasitəsi ilə gətirilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 05 (beş) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 07 iyun 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar