Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-437/2024 10.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İnzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1ci maddəsi ilə olan inzibati xəta haqqında işə İmişli Rаyon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən Şəxs MMC-nin barəsində ticarət qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs MMC-yə məxsus İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən Şəxs-də xx.xx.2024-cü il tarixdə “NZS Premium” adlı məhsulun qiymət kazğızında qimətinin 1.59 manat göstərilməsinə baxmayaraq, kassada 1.85 manatdan hesablanaraq satılmasına görə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında inzibati protokol tərtib etmiş şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X3 izahat verərək göstərdi ki, vətəndaş X2 müraciətinin araşdırılması nəticəsində, Şəxs MMC-yə məxsus İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən Şəxs-də xx.xx.2024-cü il tarixdə “NZS Premium” adlı məhsulun qiymət kazğızında qimətinin 1.59 manat göstərilməsinə baxmayaraq kassada 1.89 manatdan hesablanaraq satılması müəyyən olunduğuna görə müvafiq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmənin əvvəlki iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X5 izahat verərək bildirdi ki, inzibati xəta hadisəsinin olmasının təsdiq edən sübutlar şübhəlidir və kifayət qədər mötəbər deyildir. İş materiallarında bir ədəd satış çeki və məhsulun şəkli olan 1 ədəd foto əlavə edilmişdir. Həmin məhsulun şəkli olan fotoşəklin nə zaman çəkildiyi, hansı mağazada çəkildiyi, Şəxs MMC-nin mağazasında, yoxsa başqa supermarketdə çəkildiyi, həmçinin məhsulun şəklinin, materiallarda olan satış çekini əks etdirib-etdirməməsi qeyri-müəyyən olmaqla şübhəli haldır və kifayət qədər sübutlarla əksini tapmamışdır. Buna görə də, onların heç bir təqsiri olmadığına görə barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş naterialları ilə müəyyən olur ki, vətəndaş X4 xx.xx.2024-cü il tarixdə İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə müraciət edərək, xx.xx.2024-cü il tarixdə Şəxs MMC-yə məxsus İmişli şəhəri, H.Əliyev prospekti 127 ünvanında yerləşən Şəxs-dən aldığı “NZS Premium” adlı pivənin qiymətinin üzərində 1.59 manat qeyd olunmasına baxmayaraq kassada 1.85 manatdan hesablandığını bildirərək, müvafiq tədbirlərin görülməsini xahiş etmişdir. İş nateriallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixdə çəkilmiş “NZS Premium” adlı məhsulun fotoşəkli ilə müəyyən olunur ki, qeyd olunan məhsulun məhsul rəfindəki qiyməti 1.59 manat olaraq qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-yə məxsus 41461 nömrəli kassa çekində qeyd olunan məhsulun qiyməti 1.89 manat məbləğində göstərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə görə mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddə 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Maddə 18.5. bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə işin faktiki hallarina qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında təklif edilməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi tərəfindən etirazın əsasları barəsində heç bir sübut təqdim olunmamışdır. Ona görə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə tənbeh edilməlidir. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin aşağı həddində tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə görə 4000 (dörd min) manat məbləğində cərimə olunsun. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-437/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-437/2024
10.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver