Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-438/2024 25.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cü maddələri ilə toplanmış inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cü maddələri ilə nəzərdə tutulmuş xx.xx.2024cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, o, xx.xx.2024-cü il tarixdə saat 08 radələrində İmişli şəhəri H.Əliyev prospektində uca səslə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlədərək, onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsinə əsasən bu Məcəllənin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda aşağıdakılar göstərilir: protokolun tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi; olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları; inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər; inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. İnzibati xəta haqqında protokolla müəyyən olur ki, Şəxs nalayiq ifadələr işlədərək, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır və bu hərəkətləri ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlər inzibati xəta hesab edilir. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati xəta hesab edilir. Lakin, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş inzibati xəta haqqında protokolda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş xətanın mahiyyətinin konkret nədən ibarət olması göstərilməmiş, Şəxs barəsində inzibati icraata başlansa da, hadisənin mexanizminin müəyyən edilməsi üçün lazımi inzibati araşdırma aparılmamış, polis nəfərlərinin həmin ünvanda xidməti vəzifələrini icra etməsi barədə müvafiq sənədlər əlavə edilməmiş və bu səbəbdən də Şəxs əməlində inzibati və ya cinayət tərkibi əlamətlərinin olub-olmamasını müəyyən etmək və işə baxılaraq əməlinə hüquqi qiymət vermək mümkün deyildir. Beləliklə, təqdim olunmuş sənədlərdən görünür ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib olunmuş protokol qanunun tələblərinə riayət edilmədən natamam şəkildə məhkəməyə verilmişdir. İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunvericiliyin tələblərinə riayət edilmədən baxılması üçün məhkəməyə göndərildiyinə görə, inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43.1, 106, 109, və 111-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair İmişli Rayon Polis Şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP ******* nömrəli İnzibati xəta haqqında protokol və ona əlavə edimiş materiallar İmişli Rayon Polis Şöbəsinə geri qaytarılsın. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-438/2024
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-438/2024
25.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver