Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-440/2020 11.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əlizadə Qənimət Tərlan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edə səlahiyyətli orqan-Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və X3 Dövlət Xidmətinin Aran Regional Bölməsinin nümayəndəsi: X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və X3 Dövlət Xidmətinin Aran Regional Bölməsi tərəfindəndaxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və X3 Dövlət Xidmətinin Aran Regional Bölməsi tərəfindən Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ı akkreditasiya olunmadan fəaliyyət göstərmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib edən səlahiyyətli orqan- Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və X3 Dövlət Xidmətinin Aran Regional Bölməsinin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ı xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş və cəmiyyətə AZ 02.0067.01.16 saylı akkreditasiya attestatı verilmişdir. Xidmətin İN 0002-16 saylı, xx xxx 2016-cı il tarixli qərarı ilə Şəxs MMC-nin akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarət proqramına uyğun olaraq, akkreditasiya tələblərinə uyğunluğun yoxlanılması məqsədi ilə komissiya yaradılmış və qiymətləndirmə aparılmışdır. Aparılmış akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarətin nəticəsində nöqsanlar aşkar edilərək, qurumun müəyyən edilmiş tələblərə cavab vermədiyi məlum olmuşdur. Nəticədə Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ın akkreditasiya attestatının qüvvədə olma müddəti xx xxxx 2016-cı il tarixədək dayandırılmış və həmin müddətədək nöqsanların aradan qaldırılması ilə müraciət daxil olmamışdır. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti 0002-16 UQQ AL saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ına verilmiş AZ 02.0067.01.16 saylı akkreditasiya attestatı ləğv edilmişdir. Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ı “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərini pozmuş və qanunsuz olaraq, akkreditasiya olunmadan fəaliyyət göstərmişdir. Belə ki, Şəxs” MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ı qeyri-qanuni olaraq, Azərbaycan Standartlaşdırma İnstitutunun akkreditasiya kodundan istifadə etməklə bir sıra hüquqi və fiziki şəxslərə uyğunluq sertifakları vermişdir. Bu səbəbdən də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bütün bunları nəzərə alaraq, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilərək, qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi Şəxs MMC-yə inzibati xəta haqqında işə baxılmasının yeri və müddəti barədə lazımi qaydada xəbərdar edilmiş, lakin hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasən iş üzrə icraatda iştirak edən hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan inzibati xəta haqqında işə mahiyyəti üzrə baxılmasını məqsədə müvafiq hesab edir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatın”dan görünür ki, hüquqi şəxs Şəxs MMC vergi ödəyicisi kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin 8 saylı Ərazi Vergilər idarəsində qeydiyyatdadır və VÖEN 550925871.dir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş **********67 saylı, xx xxxxxxx 2020-ci il tarixli Xidməti məktub”un surətindən görünür ki, Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan” xx xxxxxx 2016-cı il tarixdə Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən akkreditasiya olunmuş və cəmiyyətə AZ 02.0067.01.16 saylı akkreditasiya attestatı verilmişdir. Akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə uyğunluğuna nəzarətin nəticəsində nöqsanlar aşkar edildiyi üçün Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti 0002-16 UQQ AL saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ına verilmiş AZ 02.0067.01.16 saylı akkreditasiya attestatı ləğv edilmişdir. Lakin Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ı qanunsuz olaraq, akkreditasiya olunmadan fəaliyyət göstərmiş və Azərbaycan Standartlaşdırma İnstitutunun akkreditasiya kodundan istifadə etməklə bir sıra hüquqi və fiziki şəxslərə uyğunluq sertifakları verilmişdir. İş materiallarında olan “Uyğunluq Sertifikatları”nın surətindən görünür ki, Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin 0002-16 UQQ AL saylı, xx xxxx 2016-cı il tarixli qərarı ilə “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 10-cu maddəsinə əsasən Şəxs MMC-nin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ına verilmiş AZ 02.0067.01.16 saylı akkreditasiya attestatı ləğv edildikdən sonra cəmiyyət tərəfindən Azərbaycan Standartlaşdırma İnstitutunun akkreditasiya kodundan istifadə etməklə bir sıra hüquqi və fiziki şəxslərə uyğunluq sertifakları verilmişdir. İş materiallarında olan MN0004175 №-li, xx xxxxxxx 2020-ci il tarixli“İnzibatixəta haqqında” protokoldan görünür ki, “İnzibati xəta haqqında” protokola əsasən Şəxs MMCnin “İstehlak məhsullarının və xidmətlərinin sertifikatlaşdırması üzrə orqan”ı akkreditasiya olunmadan fəaliyyət göstərmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxs-səlahiyyətli orqan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Antiinhisar və X3 Dövlət Xidmətinin Aran Regional Bölməsinin nümayəndəsi: X1 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs (vergi ödəyicisi olan hüquqi şəxs) Şəxs MMC-nin inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməs-malın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun müəyyənləşdirilməsidir. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya (bundan sonra- akkreditasiya)-qurumun uyğunluğun qiymətləndirilməsi sahəsində fəaliyyət göstərməsi üçün akkreditasiya tələblərinə cavab verməsinin akkreditasiya orqanı tərəfindən təsdiqlənməsidir. Həmin Qanunun 1.0.3-cü maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurummalın (xidmətin, işin), prosesin, idarəetmə sisteminin və işçi heyətinin müvafiq standartda, texniki reqlamentdə və digər normativ-hüquqi aktda müəyyən olunmuş tələblərə uyğunluğunun qiymətləndirilməsini təmin edən təşkilatlar, hüquqi və fiziki şəxslərdir. Həmin Qanunun 1.0.6-cı maddəsinə əsasən akkreditasiya attestatı-uyğunluğun qiymətləndirilməsi fəaliyyətini həyata keçirmək səlahiyyətini təsdiq edən və akkreditasiya nişanından istifadə üçün əsas olan sənədidir. Həmin Qanunun 8.1-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurum fəaliyyətində bu qanunun, akkreditasiya üzrə milli və beynəlxalq standartların, texniki reqlamentlərin tələblərinə əməl etməlidir. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum akkreditasiya nişanından müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada, fəaliyyət sahəsinə uyğun istifadə etməlidir. Həmin Qanunun 8.3-cü maddəsinə əsasən akkreditasiya edilmiş uyğunluğu qiymətləndirən qurum öz fəaliyyətində bu qanunun tələblərini ödəyə bilmədiyi və ya fəaliyyətində dəyişiklik baş verdiyi hallarda müvafiq qərarın qəbul edilməsi üçün akkreditasiya orqanını dərhal məlumatlandırmalıdır. Həmin Qanunun 10.2-ci maddəsinə əsasən uyğunluğu qiymətləndirən qurumun akkreditasiya tələblərinə cavab vermədiyi aşkar edildikdə, akkreditasiya orqanı tərəfindən akkreditasiya attestatının qüvvəsinin müvəqqəti dayandırılması barədə qərar qəbul edilir və quruma nöqsanların aradan qaldırılması üçün müddət təyin edilməklə, yazılı bildiriş təqdim olunur (göndərilir). Həmin Qanunun 10.3-cü maddəsinə əsasən nöqsanların bildirişdə göstərilən müddətdə aradan qaldırılmaması, nöqsanın xarakterindən asılı olaraq, akkreditasiya sahəsinin məhdudlaşdırılması və ya akkreditasiya attestatının ləğvi üçün əsasdır. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlininhüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları,inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 7.3-cü maddəsinə əsasən hüquqi şəxslər mülkiyyət formasından, yerləşdiyi yerdən, təşkilati-hüquqi formasından və tabeliyindən asılı olmayaraq inzibati məsuliyyətə cəlb edilirlər. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulan inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, vergi ödəyicisi olan hüquqi şəxs Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538-1.1 maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 538- 1.1maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 2000 (iki min)manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsiləŞirvanApellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(036)-440/2020
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-440/2020
11.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver