Məhkəmə qərarları › İş №3(036)-442/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-442/2022

20.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-442/2022 20.06.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əliyev Ayhan Elnur oğlunun katibliyi və Zərərçəkmiş şəxs Böyükkişi oğlunun iştirakı ilə, xx.xx.1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli şəhəri, M.Rəzulzadə küçəsi ev 22-də yaşayan Şəxs barəsində Аzərbaycan Respublikası İXM-нин 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, xx.xx.2021-ci il tarixdə, saat 08-00 radələrində İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi 22-də yerləşən həyətyanı sahədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Böyükkişi oğlunu döymüşdür. Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22-də yaşayır. Zərərçəkmiş şəxs Böyükkişi oğlu ilə aralarında həmin evə görə mənzil mübahisəsi olmuş və Rasimə qeyd olunan mənzildə yaşayış sahəsindən istifadə hüququ verilmişdir. Lakin Zərərçəkmiş şəxs Böyükkişi oğlu həmin ünvana köçməmiş və ailə üzvləri ilə birlikdə başqa yerdə yaşamışdır. xx.xx.2021-ci il tarixdə, saat 08-00 radələrində İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi 22-də yerləşən həyətyanı sahənin həndəvərinə daşdan hasar çəkmək məqsədilə o, usta çağırmış, lakin Zərərçəkmiş şəxs Böyükkişi oğlu gələrək tikintinin aparılmasına mane olduğundan işlərini görə bilməmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs onun üstünə gələrək dalaşmağa cəhd etmiş, o, isə Rasimin niyyətini başa düşərək kənara çəkilməklə münaqişədən yayınmışdır. Zərərçəkmiş şəxs Böyükkişi oğluna məxsus olan avtomovil həmin vaxt küçədə dayanmış və heç bir zədə almamışdır. Zərərçəkmiş şəxs Böyükkişi oğlu göstərmişdir ki, AR Ali Məhkəməsinin qərarı ilə İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 22 X2, X1 və onun (Zərərçəkmiş şəxs Böyükkişi oğlunun) ümumi mülkiyyətinə verilmiş və mümkün hesab edilmədiyindən naturada bölünməmişdir. Həmin evdə mülkiyyət payı, o cümlədən ömürlük yaşayış və yardımçı sahələrindən istifadə hüququ olmasına baxmayaraq X2 və X1 ailə üzvlərinin maneçilik törətməsi səbəbindən mənzil hüquqlarını həyata keçirə bilməmiş və ailə üzvləri ilə birlikdə indiyədək kirayə tutduğu mənzildə yaşayaraq ayda 100,0 manat kirayə haqqı ödəmişdir. xx.xx.2021-ci il tarixdə, saat 08-00 radələrində İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi 22-də onun razılığı olmadan tikinti işləri görülməsi barədə məlumat almış və özünə məxsus olan VAZ 21063 markalı ** BK *** markalı avtomobillə ora gedib fəhlələrə məhkəmə qərarlarını göstərərək tikinti işlərini dayandırmışdır. Həmin vaxt Şəxs ona yaxınlaşaraq qəflətən təpiklə qarın nahiyəsindən vuraub ona xəsarət yetirmiş və bir də həmin həyətə gələcəyi təqdirdə onu öldürəcəyi ilə hədələmişdir. Fəhlələr Amili tutaraq onun zorakı hərəkətlərini davam etdirməsinə mane olmuş, lakin Amil onu saxlayanların əlindən dartılıb çıxaraq ona məxsus olan avtomobilə təpiklə zərbələr endirərək avtomobili zədələmişdir. Avtomobilinin zədələnməsi nəticəsində ona 102,0 manat məbləğində maddi zərər dəymişdir. Həmin zərərin ödənilməsini və Şəxs inzibati qaydada həbs edilməsini xahiş edir. İşdə olan MTE və PA Birliyi PHŞ tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 220 saylı ekspert rəyinə əsasən 1967-ci il təvəllüdlü Zərərçəkmiş şəxs Böyükkişi oğlunun məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol ön qoltuq xətti boyunca qarının ön səthində qabırğaaltı nahiyədə qançır a küt əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlər xx.xx.2021-ci il tarixdə, göstərilən şəraitdə əmələ gələ bilər və sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Həmin Məcəllənin 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 08-00 radələrində İmişli şəhəri, M.Ə.Rəsulzadə küçəsi 22-də yerləşən həyətyanı sahədə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs Böyükkişi oğlunun sağlamlığına dərəcəsi təyin edilməyən zərər vuran xəsarətlər yetirməklə AR İXM-nin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. AR İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-cı maddəsinə əsasən Bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər keçdikdə inzibati xəta haqqında iş üzrə icraat başlana bilməz və başlanmış iş üzrə icraata xitam verilməlidir. Məhkəmə hesab edir ki, Şəxs inzibati xəta törətdiyi gündən bir ildən artıq müddət keçdiyindən barəsində inzibati qaydada tənbeh oluna bilməz. Ona görə də, barəsində AR İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqnda iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar