Məhkəmə qərarları › İş №3(036)-442/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-442/2024

13.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-442/2024 13.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, İmişli şəhəri, R.Ağayev küçəsi, ev 15-də qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, tələbkar X4 xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment ödəməsi barədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(008)-4713/2022 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və cəmi 6070 manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, borclu Şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(008)-4713/2022 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Buna uşaqlardan birinin bir ərzində onunla yaşaması ilə əsaslandırmışdır. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs 6070 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, tələbkar X4 xeyrinə xx.xx.2022-ci il tarixdən başlayaraq xx.xx.2009-cü il təvəllüdlü X1 və xx.xx.2010-cu il təvəllüdlü X2 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər bir uşaq üçün 193 manat olmaqla cəmi 386 manat sabit pul məbləğində aliment ödəməsi barədə Bakı şəhəri, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(008)-4713/2022 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, Bakı şəhəri, Zabrat qəsəbəsində yerləşən avtomobillərin təkər təmiri sexində fəhlə işləyir və qazancının az olması səbəbindən aliment borcundan ödəniş edə bilməmişdir. Ödəniş etmək üçün möhlət verilməsini və ya cərimə edilməsini xahiş etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(008)-4713/2022-006 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2022-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2022-ci il 2(008)-4713/2022-006 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir. İşdə olan İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 13 iyun 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar