Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-445/2024 09.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, İmişli Rayon Polis Şöbəsi YPX inspektorunun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İmişli Rayon Polis Şöbəsi YPX inspektorunun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ilə X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 322.0.2-ci maddələrində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək 50 manat məbləğində cərimə olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 10:31 radələrində idarə etdiyi “VAZ21053” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, N.Savalanov küçəsində hərəkət edərkən yol nişanlarının tələblərinə riayyət etməmiş və taksometr olmadan sərnişin daşımalarını həyata keçirmişdir. Həmin qərardan X2 şikayət vermişdir. Məhkəmə iclasında X2 şikayəti onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 10:31 radələrində idarə etdiyi “VAZ21053” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, N.Savalanov küçəsində hərəkət edərkən İmişli RPŞ-nin YPX-nin əməkdaşı ona yol nişanının tələbərini pozduğunu və qanunsuz sərnişindaşıma ilə məşğul olduğunu bildirmişdir. O, həmin zaman YPX-nin əməkdaşına hansı yol nişanının tələblərini pozduğunu soruşmuş, YPX-nin əməkdaşı isə hansı yol nişanın tələbini pozduğunu ona bildirmədən qanunsuz protokol tərtib etmişdir. O, heç bir vaxt qanunsuz sərnişin daşıma ilə məşğul olmamışdır. Ona görə də İmişli Rayon Polis Şöbəsi YPX inspektorunun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarını əsassız hesab edir və ləğv edilməsini xahiş edir. İşin baxılması dəfələrlə təxirə salınıb, İmişli Rayon Polis Şöbəsi YPX inspektorunun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarın qəbul edilməsi üçün əsas olmuş hallar və həmin halları təsdiq edən sübutların məhkəməyə təqdim olunması barədə İmişli Rayon Polis Şöbəsinə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq heç bir sübut təqdim olunmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 322.0.2-ci maddəsinə əsasən “Taksi” tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan, habelə nasaz və ya plombu pozulmuş taksometrlə taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsinə görə əlli manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 134.1.2-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati qərarın ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Məhkəmə iclasında X1 xx.xx.2024-cü il tarixdə saat 10:31 radələrində idarə etdiyi “VAZ21053” markalı ** BL *** dövlət qeydiyyat nişanlı avtomobillə İmişli şəhəri, N.Savalanov küçəsində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 322.0.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi faktı öz təsdiqini tapmamışdır. Qeyd olunanları nəzərə alaraq və işin faktiki hallarına qiymət verərək məhkəmə hesab edir ki, X2 barəsində tərtib olunmuş İmişli Rayon Polis Şöbəsi YPX inspektorunun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı Azərbaycan Respublikası İXM-nin tələblərinə uyğun olaraq əsaslığı təsdiq olunmadığı üçün X2 tərəfindən verilmiş şikayət təmin edilməli və mübahisələndirilən qərar ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində tərtib olunmuş İmişli Rayon Polis Şöbəsi YPX inspektorunun xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-445/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-445/2024
09.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver