Məhkəmə qərarları › İş №3(036)-446/2020

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-446/2020

22.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-446/2020 22.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindəndaxil olmuş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏN ETDİM: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən məhkəməyə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, İmişli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 tərəfindən inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən inzibati xəta haqqında protokolun tərtib edilməsi qaydalarına düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun “inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti...” hissəsində baş vermiş xırda talama hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş maddi zərərin məbləğinin nə qədər təşkil etməsi qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun “olduğu halda şahidlərin və zərərçəkmiş fiziki şəxslərin adı, atasının adı, soyadı, onların yaşadığı yerin ünvanı və izahatının məzmunu...” hissəsində baş vermiş xırda talama hadisəsi nəticəsində zərərçəkmiş şəxsin olduğu halda göstərilmiş məlumatlar (adı, atasının adı, soyadı, yaşadığı yerin ünvanı və izahatının məzmunu) öz əksini tapmamışdır. Eyni zamanda, inzibati xəta haqqında protokolun “inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər...” hissəsində baş vermiş xırda talama hadisəsi nəticəsində zərərçəkmiş şəxsin olduğu halda göstərilmiş hallar barədə qeydlər öz əksini tapmamışdır. Bununla yanaşı, inzibati xəta haqqında protokolun “inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar...” hissəsində iş üzrə əhəmiyyət kəsb edən digər məlumatların araşıdırılıb-araşdırılmaması və ya olub-olmaması barədə qeydlər öz əksini tapmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun “inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına onların hüquq və vəzifələrinin izahı...” hissəsində zərərçəkmiş şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi haqqında müvafiq qeyd aparılmamışdır. Bununla yanaşı, zərərçəkmiş şəxsə dəymiş maddi zərərin məbləği müvafiq məhkəməəmtəəşünaslıq ekspertizasının rəyinə əsasən deyil, səlahiyyətli orqanın formal mülahizəsinə əsasən hesablanmışdır. Beləliklə, qeyd edilən prosessual hüquq pozuntularına yol verilməklə “İnzibati xəta haqqında” protokol düzgün tərtib edilmədən, baxılması üçün aidiyyatı üzrə məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilir. Həmin Məcəllənin 100.1.6-ci maddəsinə əsasən inzibati xəta haqqında protokolda olduğu halda, şahidlərin və zərər çəkmiş şəxslərin adı, atasının adı, soyadı və onların yaşadığı yerin ünvanı göstərilir. Həmin Məcəllənin 100.1.9-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədilməsi nəticəsində şəxsin sağlamlığına yüngül zərər vurulmuşdursa və ya maddi zərər yetirilmişdirsə, bu hallar barədə qeydlər göstərilir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar göstərilir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması haqqında hakim qərardad qəbul edir. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, İmişli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 tərəfindən inzibati xəta haqqında protokol Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən tərtib edilərək, baxılması üçün aidiyyatı üzrə məhkəməyə göndərildiyinə görə inzibati xəta haqqında işə mahiyyəti üzrə tam və obyektiv baxılması mümkün deyildir və bu səbəbdən də, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İmişli Rayon Polis Şöbəsinə geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dairİmişli Rayon Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin polis sahə rəisi, polis leytenantı X1 oğlu tərəfindən tərtib edilmiş MN ******* №li, xx xxxxxxx 2020-ci il tarixli “İnzibati xəta haqqında” protokol Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsinə geri qaytarılsın. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar