Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-449/2020 29.10.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 “İnzibati xəta haqqında” protokollarından verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 X4 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 “İnzibati xəta haqqında” protokollarından şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, X2 Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən qərardan şikayət və ya protest vermə qaydalara düzgün əməl etmədən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki, X6 şikayət ərizəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 müvafiq “İnzibati xəta haqqında” protokollarını mübahisələndirmiş və həmin protokolların ləğv edilməsini xahiş etmişdir. Lakin X2 şikayət ərizəsinə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 müvafiq qərarlarını əlavə etməmişdir. Beləliklə, qeyd edilən məsələ ilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X10 tərəfindən müvafiq protokollar əsasında “İnzibati xəta haqqında” qərarın qəbul edilib-edilməməsini, əgər qəbul edilmişdirsə, X1 məhz hansı qərardan şikayət verdiyini şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdə müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) “İnzibati xəta haqqında” protokolundan şikayət verilməsi qaydaları deyil, “İnzibati xəta haqqında” qərardan şikayət verilməsi qaydaları tənzimlənmişdir. Bundan başqa, X2 iş üzrə əhəmiyyət kəsb edən hallara dair hüquqi sənədləri əlavə etmədən məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən ilk əvvəl iş üzrə əhəmiyyət kəsb edən hallar müəyyən edilməli, daha sonra şəxsin törətdiyi hüquq pozuntusuna, yəni onun əməlinə düzgün hüquqi qiymət verilməklə, inzibati məsuliyyətə cəlb edilib-edilməməsi məsələsi həll edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 106.0-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən aşağıdakı məsələləri həll edir: 106.0.1. işin baxılması onun səlahiyyətinə aiddirmi; 106.0.2. işin hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs tərəfindən baxılmasını istisna edən hallar mövcuddurmu; 106.0.3. inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilmişdirmi; 106.0.4. işin icraatını rədd edən hallar mövcuddurmu; 106.0.5. mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanmışdırmı; 106.0.6. işə baxılmasının yeri və vaxtı barədə işdə iştirak edən şəxslər məlumatlandırılıbmı; 106.0.7. iş üzrə vəsatətlər və etiraz etmə vardırmı. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, X6 oğlunun Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 “İnzibati xəta haqqında” protokollarından şikayəti Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X8 “İnzibati xəta haqqında” protokollarından verilmiş şikayəti geri qaytarılsın. Sədrlik edən Tərlan Nüsrətov
Məhkəmə qərarları › İş №3(036)-449/2020
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-449/2020
29.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver