Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-46/2022 01.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi , Qəniyev Nurlan Mehman oğlunun katibliyi , İcra məmuru Paşayev Ramil Valeh oğlunun iştirakı ilə, xx.xx.1992-ci ildə anadan olmuş, AR vətəndaşı, subay, orta təhsilli İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yaşayan Şəxs Qüdrət oğlunun barəsində Azərbaycan Respublikası ИХМ-нин 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏN ETDİ : Şəxs Qüdrət oğlunun barəsində АR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, 06 noyabr 2017-ci il tarixdən başlayaraq 08.11.2015-ci il təvəllüdlü X5 oğlunun saxlanması üçün tələbkar İbrahimova Əfruzə Tahmaz qızının xeyrinə hər ay 130,0 manat aliment ödəməsi barədə İmişli rayon Məhkəməsinin 06.12.2017-ci il tarixli 2(036) 5591/2017 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və 4282,0 manat aliument borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs Qüdrət özünü qismən təqsirli bilərək göstərmişdir ki, 06 noyabr 2017-ci il tarixdən başlayaraq 08.11.2015-ci il təvəllüdlü X5 oğlunun saxlanması üçün tələbkar İbrahimova Əfruzə Tahmaz qızının xeyrinə hər ay 130,0 manat aliment ödəməsi barədə İmişli rayon Məhkəməsinin 06.12.2017-ci il tarixli 2(036) 5591/2017 saylı icra sənədini tam şəkildə icra etməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, o, icra sənədi üzrə icraat başlandıqdan sonra tələbi qismən ödəmiş, lakin qazancı kifayət etmədiyindən kəsilmiş alimenti tamamilə ödəyə bilmədiyindən aliment borcu yaranmışdır. 29.01.2022-ci il tarixdə aliment borcundan 1000,0 manat ödəmişdir. Ona görə də, qalıq aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Qüdrət oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs Qüdrət oğlunun barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Qüdrət oğlu Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 ( on ) gün inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs Qüdrət oğlunun həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsilə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov .
Məhkəmə qərarları › İş №3(036)-46/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-46/2022
01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver