Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-462/2024 20.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxx 1997-ci il tarixdə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, İmişli şəhəri, Ə.Qurbanov küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə inzibati xəta haqqında protokol qəbul olunmuşdur ona görə ki, 0, 09 iyun 2024-cü il tarixdə İmişli şəhəri, Xiyabani küçəsindən İmişli Rayon Polis Şöbəsinə gətirilən zaman üzərindən 0.18 qram narkotik vasitə olan marixuana aşkar edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə özünü təqsirli bilərək izahatında göstərdi ki, 0, 09 iyun 2024-cü il tarixdə İmişli şəhəri, Xiyabani küçəsindən İmişli Rayon Polis Şöbəsinə gətirilən zaman üzərindən 0.18 qram narkotik vasitə olan marixuana aşkar edilmiş və həmin narkotik vasitəni istifadə etmək üçün əldə etmişdir. Hazırda əməlindən səmimi peşmançılıq çəkir və barəsində yüngül cəza təyin olunmsını xahiş edir. İş materiallarına əlavə edilmiş 11 iyun 2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla müəyyən olur ki, 09 iyun 2024-cü il tarixdə İmişli şəhəri, Xiyabani küçəsindən polis əməkdaşları xidməti fəaliyyətini yerinə yetirərkən bir nəfər şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşdıqları zaman, həmin şəxs onları görüb uzaqlaşmaq istəyərkən onu saxlamışlar və İmişli RPŞ-nə gətirdikləri zaman həmin şəxsin üzərində narkotik vasitə aşkar edilərək götürülmüşdür. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı və iş materialları ilə tam sübut olunur. Ona görə də məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsi ilə məsuliyyətə cəlb olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxsn əməlindən səmimi peşmançılığını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. İş üzrə cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən onun şəxsiyyətini, törətdiyi xətanın xarakterini və təqsirinin dərəcəsini nəzərə alaraq, ona Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq edilməsini məqsədəmüvafiq hesab edir. Göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 112, 114, 115, 117 və 128- 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 400 (dörd yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-462/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-462/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver