Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-463/2024 20.06.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X8, Müdafiəçi İmişli Rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Qaralar kəndində qeydiyyatda olan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, X1 xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2006-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il 2(036)-4011/2017 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və cəmi 2200 manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X10 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il 2(036)-4011/2017 saylı saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Tələbkar xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək, aliment borcunun həmin tarixə 1000 manat olmasını və onun ödənilməsinin təmin edilməsini tələb etmişdir. Hazırki vaxta qədər borclu Şəxs 2200 manat aliment borcu yaranmışdır. Barəsində axtarış elan edilmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, X1 xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq xx.xx.2006-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il 2(036)-4011/2017 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, ikinci ailə həyatı qurmuş və həmin ailədən bir övladı var. Hal-hazırda işsizdir. Heç bir gəliri yoxdur. Ona görə də, aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. Müdafiəçi Vəkil izahat verərək göstərdi ki, borclu Şəxs işləmədiyi üçün aliment borcundan hal-hazırda ödəniş edə bilmir. Ona aliment borcunun ödənilməsinə möhlət verilməsini xahiş edir. İşdə olan xx.xx.2017-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il 2(036)-4011/2017 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2017-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il 2(036)-4011/2017 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2017-ci il 2(036)-4011/2017 saylı icra sənədindən görünür ki, Şəxs X4 xeyrinə xx.xx.2017-ci il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2006-ci il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmalarından ötrü hər ay hər bir uşaq üçün 100 manat olmaqla cəmi 200 manat sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. X1 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, aliment borcunun həmin tarixə 1000 manat olmasını və onun ödənilməsinin təmin edilməsini xahiş etmişdir. İşdə olan İmişli Rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli qərarına əsasən borclu Şəxs barəsində axtarış elan edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 20 iyun 2024-cü il tarixdən hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-463/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-463/2024
20.06.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver