Məhkəmə qərarları › İş №3(036)-466/2020

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-466/2020

24.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-466/2020 24.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi ilə, X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X6 MN ******* saylı, xx xxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” protokolundan verilmiş şikayətinə baxaraq, MÜƏYYƏN ETDİM: X2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X6 MN ******* saylı, xx xxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” protokolundan şikayət ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri araşdırıb hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər aşağıdakı səbəblərə görə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, X2 Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən qərardan şikayət və ya protest vermə qaydalara düzgün əməl etmədən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə şikayət ərizəsi ilə müraciət etmişdir. Belə ki, X4 şikayət ərizəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X6 MN ******* saylı, xx xxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” protokolu mübahisələndirmiş və həmin protokolun ləğv edilməsini xahiş etmişdir. Lakin X2 şikayət ərizəsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X6 müvafiq qərarını əlavə etməmişdir. Beləliklə, qeyd edilən məsələ ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X6 tərəfindən müvafiq protokol əsasında “İnzibati xəta haqqında” qərarın qəbul edilibedilməməsini, əgər qəbul edilmişdirsə, X1 məhz hansı qərardan şikayət verdiyini şikayət ərizəsi və ona əlavə edilmiş sənədlərdə müəyyən etmək mümkün deyildir. Halbuki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyində səlahiyyətli orqanın (vəzifəli şəxsin) “İnzibati xəta haqqında” protokolundan şikayət verilməsi qaydaları deyil, “İnzibati xəta haqqında” qərardan şikayət verilməsi qaydaları tənzimlənmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2.3-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət və ya protest verilə bilər. Beləliklə, şərh olunanlara və yuxarıda göstərilən qanunvericilik aktı normalarına əsasən hesab edirəm ki, X3 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X6 MN ******* saylı, xx xxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” protokolundan şikayəti Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə riayət edilmədən verildiyi üçün şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 6 saylı X6 MN ******* saylı, xx xxxx 2019-cu il tarixli “İnzibati xəta haqqında” protokolundan verilmiş şikayəti geri qaytarılsın. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar