Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-466/2025 20.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədirliyi Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 3 X6 və Təbii Sərvətlər İdarəsindən daxil olmuş inzibati xəta haqqında materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: 3 X6 və Təbii Sərvətlər İdarəsindən İmişli Rayon Məhkəməsinə baxılması üçün Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, İmişli rayonu, Gövhərli kəndi ərazisində heç bir hüquqmüəyyənedici sənədlər olmadan yer təkindən qanunsuz istifadə etməklə 5900 m 3 həcmindən çınqıl-qum çıxarılaraq «Yerin Təki» haqqında Qanunun tələbləri pozulmuşdur. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında 3 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında göstərmişdir ki, Şəxs MMC İmişli rayonu, Çaxırlı kəndi ərazisində heç bir hüquqmüəyyənedici sənədlər olmadan yer təkindən qanunsuz istifadə etməklə 144 m 3 həcmindən çınqıl-qum çıxarılaraq «Yerin Təki» haqqında Qanunun tələbləri pozulmuşdur. Bu səbəbdən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 22 oktyabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Tərtib edilmiş protokolu müdafiə edərək təmin olunmasını xahiş edir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq 3 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən işə 3 X6 və Təbii Sərvətlər İdarəsinin nümayəndəsinin və hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarına əlavə edilmiş Şəxs MMC-nin rəhbəri X3 xx.xx.2024-cü il tarixli izahatdan görünür ki, Şəxs MMC-nin İmişli rayonu Gövhərli kəndi ərazisində yerləşən qum-çınqıl karxanasından istifadə etməklə qum-çınqıl hasilatı ilə məşğuldur. Bu fəaliyyətlə məşğul olmaq üçün dəfələrlə Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilməsinə baxmayaraq səbəbsiz olaraq onlara icazə verilməmişdir. İşlədiyi müddət ərzində müəyyən miqdarda qum-çınqıl hasil edilmişdir. Lakin icazə olmadığı üçün həmin məhsulların satışını apara bilməmişlər. Odur ki, nəzərə alınması xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 000614 nömrəli aktdan görünür ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə saat 12:10-da aparılan müşahidə zamanı obyektdə qum-çınqıl hasilatı müəyyən olunmuşdur. İş materiallarına əlavə edilmiş təbiətə dəymiş ziyanın xx.xx.2024-cü il tarixli hesabat cədvəlindən görünür ki, 29500.00 (iyirmi doqquz min beş yüz) manat məbləğində təbiətə ziyan dəymişdir. İş materiallarına əlavə edilmiş kommersiya qurumlarının dövlət reyestri məlumatından görünür ki, Şəxs MMC ********** VÖEN nömrə 8 saylı Vergilər İdarəsində qeydiyyata alınmışdır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reestrindən çıxarışdan görünür ki, Şəxs MMC- də İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə operativ vergi nəzarəti yoxlaması aparılması qeydiyyata alınmışdır. İmişli Rayon Məhkəməsinin 3(036)-11/2025 saylı xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 5000 (beş min) manat cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 9.2. Bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata xitam verilir; 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 53.1.7-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə aid eyni fakt üzrə inzibati tənbeh etmək haqqında hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı olduqda, yaxud inzibati xəta haqqında işə xitam verilməsi barəsində ləğv edilməmiş qərar olduqda, habelə həmin fakt üzrə cinayət işi başlamaq haqqında qərar olduqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən İcazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə etməyə görə fiziki şəxslər altı yüz manatdan səkkiz yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir; Bir əmələ görə iki dəfə məhkum edilməmək və ya cəzalandırılmamaq hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq-hüquqi aktlarda da ifadə olunmuşdur. Belə ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin 1-ci bəndinə əsasən, heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Böyük Palatasının X2rşı iş üzrə 2009-cu il 10 fevral tarixli Qərarındakı mövqeyinə əsasən, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi ikinci cinayətin eyni faktlardan və ya birinci cinayətin əsasında duran faktlarla “əhəmiyyətli dərəcədə” eyni olan faktlardan irəli gəldiyi hallarda şəxsin ikinci “cinayətə” görə cinayət təqibinə məruz qalmasını və məhkəməyə verilməsini qadağan edən norma kimi qəbul edilməlidir (§§ 79-82). X9 Məhkəməsi onu da göstərmişdir ki, 7 saylı Protokolun 4-cü maddəsində təsbit edilmiş təminat əvvəlki ittiham və ya bəraət hökmünün “res judicata” qüvvəsinə artıq mindiyi halda yeni cinayət işi başlandıqda yer alır... Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin məqsədi “yekun” qərarla nəticələnmiş cinayət təqibinin təkrarlanmasını qadağan etməkdir. Öz növbəsində “Cinayət işləri üzrə hökmlərin beynəlxalq qaydada tanınması haqqında” Avropa Konvensiyasına istinad edən Konvensiyaya dair 7 saylı X1 müvafiq olaraq, “qərar” ənənəvi ifadəyə görə “res judicata” qüvvəsinə mindikdə yekun sayılır (§ 83, 107). Beləliklə, məhkəmə hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə müəyyən olunmuş inzibati xətanı törətməsinə dair 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolda göstərilən sübutlar əsasında İmişli Rayon Məhkəməsinin 3(036)-11/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə Şəxs MMC İmişli rayonu, Gövhərli kəndi ərazisində heç bir hüquqmüəyyənedici sənədlər olmadan yer təkindən qanunsuz istifadə etməklə 144 m 3 həcmindən çınqıl-qum çıxarılaraq «Yerin Təki» haqqında Qanunun tələblərinə əməl etmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsi ilə 5000 (beş min) manat cərimə edilmişdir. Hazırda isə eyni sübutlar əsasında yeni protokol tərtib edilərək Şəxs MMC barəsində əməlinə hüquqi qiymət verilməsi üçün inzibati material məhkəməyə təqdim edilmişdir. Belə ki, iş materiallarında olan iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli 000614 nömrəli akt, Şəxs MMC-nin rəhbəri X3 xx.xx.2024-cü il tarixli izahatı əsasən tərtib edilmiş İmişli Rayon Məhkəməsinin 3(036)-11/2025 saylı xx.xx.2025-ci il tarixli qərarı ilə hüquqi qiymət verilmişdir. Hazırki 02 dekabr 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərkən isə barəsində protkol tərtib edilən şəxsin iştirakı təmin edilməmiş və protoklun sürəti ona təqdim edilməmişdir və bu barəd heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reestrindən çıxarışdan görünür ki, Şəxs MMC- də İqtisadiyyat Nazirliyi yanında Dövlət vergi xidmətinin xx.xx.2024-xx.xx.2024-cü il tarixlərdə operativ vergi nəzarəti yoxlaması aparılması qeydiyyata alınmışdır. 3 X6 və Təbii Sərvətlər İdarəsi tərəfindən hər hansı yoxlamanın aparılması barədə qərar reyestrdə qeydiyyata alınmamışdır. Yuxarıda göründüyü kimi, şəxsin inzibati xəta törətməsinə dair faktlar səlahiyyətli orqan tərəfindən kifayət qədər aydınlaşdırılmadığından ziddiyyətli və şübhəli məqamlar mövcuddur. Qanunvericiliyə əsasən təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində qərar qəbul edilmiş şəxsin üzərinə düşmür. Bu yük qərar qəbul etmiş səlahiyyətli orqanın üzərinə düşür. Belə ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki Azərbaycan Respublikası İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edən İXM-in 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-466/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-466/2025
20.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver