Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-47/2022 13.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və X3 oğlunun katibliyi ilə, xx.xx.1964-cü ildə anadan olmuş, AR vətəndaşı, İmişli rayonu Çaxırlı kəndində yaşayan Şəxs Əhməd oğlunun AR İXM-nin 327.1 və 327.8-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraatın materiallarına açıq məhkəmə iclasında bахараг MÜƏYYƏN ETDİ: Rəhimov Niyaz Əhməd oğlunun barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, idarə etdiyi « VAZ 2105» markalı ** BB *** dövlət nömrə nişanlı avtomaşınla 27.08.2021-ci il tarixdə, saat 07-00 radələrində İmişli rayonu Çaxırlı kəndindən İmişli şəhəri istiqamətində hərəkət edərkən 2.4 “yol verin” üstünlük yol nişanının tələbinə əməl etməyərək gözləmədən mağistral avtomobil yoluna çıxmış və həmin yolda Biləsuvar rayonu istiqamətində hərəkətdə olan “Ford Tranzit” markalı 30 BE 883 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində “ VAZ 2105” markalı ** BB *** dövlət nömrə nişanlı avtomobildə olan sərnişin Rəhimova Lalə Nuru qızı yüngül dərəcəli xəsarət almışdır. Rəhimov Niyaz Əhməd oğlunun izahatında göstərmişdir ki, o, idarə etdiyi « VAZ 2105» markalı ** BB *** dövlət nömrə nişanlı avtomaşınla 27.08.2021-ci il tarixdə, saat 07-00 radələrində İmişli rayonu Çaxırlı kəndindən İmişli şəhəri istiqamətində hərəkət edərkən gözləmədən mağistral avtomobil yoluna çıxmış və həmin yolda Biləsuvar rayonu istiqamətində hərəkətdə olan “ Ford Tranzit” markalı 30 BE 883 dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində idarə etdiyi avtomobilin sağ arxa oturacağında əyləşmiş Rəhimova Lalə Nuru qızı xəsarət almışdır. İşdə olan İmişli RPŞ TB-nin 29.11.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında göstərilmişdir ki, 1978-ci il təvəllüdlü Rəhimova Lalə Nuru qızının məhkəmə-tibbi müayinəsi zamanı onun bədən səthində aşkar edilmiş xəsarətlər- sol gicgah nahiyəsində yumşaq toxumaların şişkinliyi, sol göz yuvası ətrafında , sol baldırın ort 1/3-nin ön səthində qançırlar, baş beyin silkələnməsi halında kəllə-beyin travması küt əşyanın təsirindən törənmişdir. Həmin xəsarətlər dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir və 27.08.2021-ci il tarixdə avtoqəza nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İşdə olan İmişli RPŞ TB-nin 29.11.2021-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərarında o da göstərilmişdir ki, AR ƏN MEM tərəfindən verilmiş 12.11.2021-ci il tarixli 8/2455 saylı ekspert rəyinə əsasən « VAZ 2105» markalı ** BB *** dövlət nömrə nişanlı avtomaşının sürücüsü Rəhimov Niyaz Əhməd oğlunun hərəkətlərində “ Yol hərəkəti haqqında” AR Qanununun 63-cü maddəsinin 1-ci hissəsinin ( 2.4 “yol verin” üstünlük yol nişanının ) tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Həmin Məcəllənin 327.8-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılması nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə toplanmış materialları tədqiq edərək hesab edir ki, Rəhimov Niyaz Əhməd oğlu AR İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Rəhimov Niyaz Əhməd oğlunun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Rəhimov Niyaz Əhməd oğlu Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.8-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsində təqsirli bilinib 200 ( iki yüz) manat cərimə edilsin. Qərarın icrası İmişli rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. İmişli Rayon Məhkəməsinin hаkimi: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-47/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-47/2022
13.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver