Məhkəmə qərarları › İş №3(036)-472/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-472/2024

05.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-472/2024 05.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Qərardan şikayət verən şəxs X1 iştirakı ilə, X1 İmişli Rayon Polis Şöbəsinin DYP-nin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Polis Şöbəsinin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun “Man” markalı “TXG 18.400 yük” modelli ** BM *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcılı avtomobili vardır. xx.xx.2024-cü il tarixdə avtomaşınla İmişli rayonu, Qaralar kəndi ərazisinə gəlib oradan avtomobilinə qum yığıb, gecə saatlarında İmişli rayonu, Qaralar Çahar kəndi ərazisində yerləşən yük tərəzisi istiqamətində hərəkət edərkən, “Qaralar dairəsi” adlanan ərazidə İmişli RPŞ-nin DYP-nin rəisini görmüş və həmin vaxt ona heç bir saxla işarəsi verilməmişdir. “Stəkan-nəlbəki” adlanan dairəyə çatanda İmişli RPŞ-nin DYP-nin Xalid adlı əməkdaşı onu saxlayaraq, DYP-nin rəisinin göstərişi əsasında saxladığını və yükün normadan çox olduğunu bildirdi. O, isə qum kariyerində tərəzi olmadığını, tərəzi istiqamətində hərəkət etdiyini bildirmiş və orada yükün çox olacağı təqdirdə həmişəki kimi boşaldacığını qeyd etmişdir. İmişli rayonu ərazisində yalnız Çahar kəndi ərazisində tərəzi vardır. Yükü harada vurmasından asılı olmayaraq hər bir sürücü həmin tərəziyə gələrək, yükünü icazə verilmiş normaya salır, bundan sonra təyinat nöqtəsinə yola düşür. Bununla da, hesab edir ki, qum kariyerində avtomobilə yükün artıq vurulmasında onun heç bir günahı yoxdur. Məhkəmə iclasında şikayət verən şəxs X3 şikayətində göstərdiyi xüsusatları təsdiq edərək təmin olunmasını xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İmişli Rayon Polis Şöbəsinin DYP-nin nümayəndəsi məhkəmə iclasına gəməmiş və gəlməməsinin səbəbləri barədə rəsmi məlumat verilməmişdir. Məhkəmə şikayətin dəlillərini, şikayət verən şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İmişli RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı ilə müəyyən olur ki, X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməyə görə 600 manat cərimə olunmuşdur Azərbaycan Avtomobil Yolları X2 Yollarının Mühafizəsi Xidmətinin 8 №-li tərəzi nəzarət məntəqəsinin xx.xx.2024-cü il tarixli, ********* nömrəli qaiməsindən görünür ki, yükün ümumi çəkisi 46200 kg olaraq müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə görə İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması inziati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasında X3 şikayətinin dəlillərini təsdiq edən başqa bir sübut təqdim edə bilməmiş və həmin halları sübuta yetirə bilməmişdir. Məhkəmə toplanmış sübutları müqayisəli surətdə tədqiq edib, yuxarıda qeyd olunan maddi hüquq normalarına və işin faktiki hallarina qiymət verərək hesab edir ki, X3 özünə məxsus “Man” markalı “TXG 18.400 yük” modelli ** BM *** dövlət qeydiyyat nişanlı yəhərli dartıcılı avtomobilinə qum yığıb, xx.xx.2024-cü il tarixdə, saat 01-46 radələrində İmişli rayonu, Qaralar kəndi ərazisində hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 353.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də, X1 İmişli RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli,TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayəti təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 İmişli RPŞ-nin DYPB-nin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar