Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-472/2025 26.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon prokurorluğundan daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli rayon prokurorluğu tərəfindən Şəxs barəsində 08 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası İXM-nin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar qəbul edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İmişli rayon prokurorluğunun 08 fevral 2025-ci il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərarında göstərilmişdir ki, vəzifəli şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində briqadir vəzifəsində çalışan Şəxs briqadirin vəzifə təlimatının 3cü (əmək funksiyası) bölməsinin 12-ci hissəsinin (bütün işlərin icrası zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək), 23cü hissəsinin (yükləmə işçilərinə daim nəzarət etmək, işçilərdən texniki təhlükəsizlik qaydalarına riayət etmələrini tələb etmək və işçiləri lazımı sahələrdə olmasını təşkil və təmin etmək) tələblərini təmin etmədiyinə görə həmin müəssisədə əmək müqaviləsi əsasında işləyən müəssisənin Logistika və Planlama Departamentinin logistika sahəsinin hazır məhsul anbarında yükləmə işçisi X2 4-cü anbarda 3-cü istifdən şəkər tozu kisələrini səyyari elavatora yükləyən zaman yaxınlığında 50 kq-lıq çəkisi olan şəkər tozu kisələrinin sürüşərək onun üzərinə düşməsi nəticəsində 16 oktyabr 2024-cü il tarixdə, saat 09:00 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsi 45 ünvanında yerləşən "Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində alın nahiyədə sağda, sağ gözün altında, sağ baldırın 1 3-nin ön səthində yaralar, sağ baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, oynaqdaxili, qəlpəli yerdəyişmiş sınığı zədəsi alaraq az ağır xəsarət almasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta törətmiş şəxs Şəxs və səlahiyyətli orqana lazımi qaydada məlumat verilsə də, məhkəmədə nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə hər hansı bir məlumat daxil olmamışdır. Məhkəmə işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: İmişli rayon prokurorluğunun 08 fevral 2025-cü il tarixli inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərardan görünür ki, vəzifəli şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində briqadir vəzifəsində çalışan Şəxs briqadirin vəzifə təlimatının 3-cü (əmək funksiyası) bölməsinin 12-ci hissəsinin (bütün işlərin icrası zamanı əməyin mühafizəsi və təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyi qaydalarına əməl etmək), 23-cü hissəsinin (yükləmə işçilərinə daim nəzarət etmək, işçilərdən texniki təhlükəsizlik qaydalarına riayət etmələrini tələb etmək və işçiləri lazımı sahələrdə olmasını təşkil və təmin etmək) tələblərini təmin etmədiyinə görə həmin müəssisədə əmək müqaviləsi əsasında işləyən müəssisənin Logistika və Planlama Departamentinin logistika sahəsinin hazır məhsul anbarında yükləmə işçisi X2 4-cü anbarda 3-cü istifdən şəkər tozu kisələrini səyyari elavatora yükləyən zaman yaxınlığında 50 kq-lıq çəkisi olan şəkər tozu kisələrinin sürüşərək onun üzərinə düşməsi nəticəsində 16 oktyabr 2024-cü il tarixdə, saat 09:00 radələrində İmişli şəhəri, S.Fətəliyev küçəsi 45 ünvanında yerləşən "Azərbaycan Şəkər İstehsalat Birliyi” Məhdud Məsuliyyətli Cəmiyyətinin ərazisində alın nahiyədə sağda, sağ gözün altında, sağ baldırın 1 3-nin ön səthində yaralar, sağ baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, oynaqdaxili, qəlpəli yerdəyişmiş sınığı zədəsi alaraq az ağır xəsarət almasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılması qərara alınmışdır. İşdə olan cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şəxs barəsində toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən daxil olmuş 02 dekabr 2024-cü il tarixli, 3-16-16/2-10/9161 nömrəli əməyin təhlükəsizliyinin təhqiqi ekspertizası rəyindən görünür ki, X10 4 nömrəli anbarında çəkisi 50 kq olan şəkər kisələrinin dayanıqlı vəziyyətdə yığılması təmin edilmədiyinə görə baş vermiş hadisə ilə əlaqədar “Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”-ün 2.10 bəndlərinin tələbləri pozulmuşdur ki, bu da hadisənin texniki səbəbi olmuşdur. Yükləmə-boşaltma işləri. Təhlükəsizliyin ümumi tələbləri 12.3.009-76 DÜST”-ün 2.10 bəndlərinin tələbləri zavodun vəzifə təlimatına görə müvafiq funksiyaları yerinə yetirməli əməkdaşı (əməkdaşları) tərəfindən pozulmuşdur (konkret şəxs(lər) araşdırılmaqla istintaq tərəfindən müəyyən edilə bilər. Hadisənin baş vermə səbəb və şəraitini nəzərə aldıqda X6 tərəfindən qayda və təlimatların tələblərinin pozulması halı müəyyən edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertizası və X5” X9 daxil olmuş 24 oktyabr 2024-cü il tarixli, 711 nömrəli məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, X3 aşkar edilmiş xəsarətlər-alın nahiyədə sağda, sağ gözün altında, sağ baldırın 1/3-nin ön səthində yaralar, sağ baldır sümüklərinin orta-aşağı 1/3-nin qapalı, oynaqdaxili, qəlpəli yerdəyişmiş sınığı bərk küt əşyanın (əşyaların) təsirindən törəmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2024-cü il tarixdə qərarın təsviri hissəsində göstərilmiş şəraitdə əmələ gələ bilərdi. Qeyd olunan xəsarətlər dərəcəsinə görə sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin X1 xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, aparılan araşdırma zamanı X4 təyin olunmuş diaqnozun ağırlıq dərəcəsi barədə məhkəmə-tibbi ekspertizasının rəyinin, o cümlədən həmin rəyə əsasən zərərçəkənin xəsarətinin dərəcəsi müəyyən edilmədiyi və inzibati xəta tərkibi yarandığı halda inzibati xəta haqqında iş üzrə icraata başlama barədə qərarın, o cümlədən cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işi üzrə icraata xitam verilməsi barədə qərarların aidiyyəti üzrə X7 Xidmətinin Mil-Muğan regional şöbəsinə təqdim edilməsinə göstəriş verilməsi xahiş edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 013 nömrəli əmrin surətindən görünür ki, X6 xx.xx.2020-ci il tarixdən Cəmiyyətin Logistika Şöbə Yükləmə işçisi vəzifəsinə qəbul edilmiş və Əmək haqqı ştat cədvəlinə əsasən 250 manat olmaqla ödənilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal kimi qiymətləndirilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 198.2. Texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə — min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.3-cü maddəsinə əsasən Bu Məcəllənin 198.2-ci maddəsində nəzərdə tutulmuş əməllər zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi onun ifadəsi ilə yanaşı məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında iş üzrə icraata başlanılması haqqında qərar, ekspertiza rəyləri və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinməli və ona adıçəkilən maddənin sanksiyasının hədləri daxilində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 198.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 1500 (bir min beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-472/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-472/2025
26.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver