Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-483/2024 11.07.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, Məhkəmə iclas katibi X5, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli Rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: DİN Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, «Chevrolet Cruze minik» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 3 ay müddət ərzində icra etməmişdir. Bununla da, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında bildirmişdir ki, İmişli rayonunda anadan olmuş, ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Nərimanov rayonu yaşayır. «Chevrolet Cruze minik» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili nisyə 6 saylı Asan Xidmət mərkəzində alqı-satqı müqaviləsi ilə satmışdır. Bu barədə maşının idarə etmək üçün etibarnamə vermişdir. Sonradan borc ödənilmədiyi üçün 2023-cü ilin oktyabr ayında etibarnaməni ləğv etdirmişdir. Həmin vaxtdan etibarən maşınla əlaqədar bütün cərimələr onun adına gəlir. Lakin maşın həmin vaxtdan ona qaytarılmamışdır. Bu barədə məhkəməyə və hüququ mühafizə orqanlarına sikayət etmişdir. Maşın hazırda tapılaraq duracağa yerləşdirilmişdir. Dəymiş ziyanla əlaqədar məhkəmə işi hazırda Bakı Kommersiya Məhkəməsinin icraatıındadır. Sonda cərimələrin ona aid olmadığını bildirərək inzibati işə xitam edilməsini xahiş etmişdir. Səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Belə ki, məhkəməyə daxil olmuş inzibati xəta haqqında materialda olan: DİN Bakı şəhəri Baş Dövlət Yol Polisi İdarəsindən polis mayoru X3 tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, «Chevrolet Cruze minik» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən Şəxs yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarı müəyyən edilmiş 03 (üç) ay müddət ərzində ödəmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. AR İnsan Hüquqları üzrə Müvəkkilinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, «Chevrolet Cruze minik» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar "xxxx" MMC ilə Şəxs arasında xx.xx.2023-cü il tarixdə 6 saylı Asan Xidmət mərkəzində nisyə alqı-satqı müqaviləsi imzalanmışdır. Sonradan etibarnamələr ləğv edilmiş, 2023-cü ilin fevral ayında şikayət əsasında avtomobil saxlanaraq duracağa yerləşdirilmişdir. BŞBPİ-nin DYPİ xx.xx.2024-cü il tarixli 7/2-i-5954 nömrəli məktubundan görünür ki, İsmayılov X1 Cruze minik» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar "xxxx" MMC tərəfindən ödanişin edilməməsi ilə əlaqədar şikayəti Xətai Polis İdarəsinə göndərilmişdir. Şəxs Binəqədi Rayon Məhkəməsinə ünvanladığı iddia ərizəsindən görünür ki, «Chevrolet Cruze minik» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili dəymiş ziyanla əlaqədar iddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. “Elektron Məhkəmə Sistemindən çıxarışdan görünür ki, «Chevrolet Cruze minik» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə əlaqədar Şəxs tərəfindən "xxxx" MMC-yə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Ofisində etibarnamə verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 109.2-ci maddəsinə əsasən həmin Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların, yaxud bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə -nəqliyyat vasitəsini idarə etmək hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılır. İmişli Rayon Polis Şöbəsindən daxil olmuş Şəxs barəsində inzibati xəta haqqında protokolu, iş materiallarında olan sübutların məcmusunu nəzərə alaraq belə qənaətə gəlirəm ki, Şəxs tərəfindən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsi və bununla da, sonuncu tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibinin yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə «Chevrolet Cruze minik» markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobil Şəxs sahibiliyində və istifadəsində olmamışdır. Belə ki, o avtomobili "xxxx" MMC-nin istifadəsinə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 6 saylı Notariat Ofisində təsdiqlənmiş etibarnamə ilə vermişdir. Lakin sonradan etibarnamə ləğv edilməsinə baxmayaraq avtomobil ona geri qaytarılmamışdır. Ona məlum olmayan şəxslər tərəfindən istifadə nəticəsində ona cərimə hesablanmışdır. 2023-cü ilin fevral ayında şikayət əsasında avtomobil saxlanaraq duracağa yerləşdirilmişdir. Beləliklə, məhkəmə hazırkı iş üzrə inzibati xəta haqqında protokolun tərtib edilməsinə əsas olmuş xx.xx.2023-cü il tarixli qərarda nəzərdə tutulmuş əməli törətməsi müəyyən edilmədiyi üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə məsuliyyət cəlb edilə bilməz və protokol ilə nəzərdə tutulan inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxsnın Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-483/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-483/2024
11.07.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver