Məhkəmə qərarları › İş №3(036)-496/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-496/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-496/2023 10.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, şikayət vermiş şəxs X1 iştirakı ilə, İmişli Rayon Polis Şöbəsinin 15 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis Şöbəsi tərəfindən xx.xx.2023-cü il tarixdə X2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Həmin protokol üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanmış X2 27 mart 2023cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 60 manat məbləğində cərimə olunmuşdur. X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, İmişli Rayon Polis Şöbəsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. Məhəmə iclasında şikayət vermiş şəxs X2 şikayətin geri götürməsi barədə ərizə vermişdir. Məhkəmə hesab edir ki, X2 şikayətindən imtina etdiyindən şikayət rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 136cı maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İmişli Rayon Polis Şöbəsinin 15 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan barsində inzibati xəta haqqında iş üzrə icraat aparılmış şəxs X2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar