Məhkəmə qərarları › İş №3(036)-498/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-498/2023

10.05.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-498/2023 10.05.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X2 iştirakı ilə, xx.xx.1983-cü ildə İmişli rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı,subay, İmişli şəhəri, A.Məmmədov küçəsi ev 18 ünvanında yaşayan Şəxsnın barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2760/2020 saylı icra sənədini icra etməmişdir. Məhkəmə iclasında nzibati xəta törətmiş şəxs Şəxs izahat verərək göstərdi ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2760/2020 saylı icra sənədini qəsdən deyil, maddi imkanının ağır olması, müraciət etməsinə baxmayaraq heç bir yerdə işlə təmin olunmaması, əlavə qazanc yerinin olmaması, özünün ehtiyac içərisində yaşaması səbəbindən icra edə bilməmiş, icra məmurunun bütün çağırışlarına gələrək qanuni tələblərini yerinə yetirmişdir. Hazırda özünü inzibati xəta törətməkdə təqsirli bilir. İcranı qısa müddətdə təmin edəcəkdir. Bu səbəbdən də məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X4 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2760/2020 saylı icra sənədini icra etməmiş, borclu olduğu pul vəsaitinin ödənilməsi üçün heç bir hərəkət etməmiş və üzərinə düşən vəzifəsini icra etməmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2760/2020 saylı icra sənədi ilə müəyyən olur ki, X1 məxsus olan 1920 manat dəyərində 32 qram çəkidə 1 ədəd tros boyunbağı, 480 manat dəyərində 8 qram çəkidə 1 ədəd bazarlıq tros qızıl boyunbağı, 180 manat dəyərində 3 qram çəkidə 1 ədəd qızıl klon, 720 manat dəyərində 12 qram çəkidə 1 ədəd tros boyunbağı (Elvin), 420 manat dəyərində 7 qram çəkidə 1 dəst qızıl abadok sırğa, 420 manat dəyərində 7 qram çəkidə 1 ədəd qaşlı qızıl nişan üzüyü, 300 manat dəyərində 5 qram çəkidə 1 ədəd qızıl nişan üzüyü cavabdeh Şəxs Afiq oğlundan alınıb ona verilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2021-ci il tarixli qərarla icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs Afiq oğluna icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2021-ci il tarixli xəbərdarlıq ilə borclu icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. xx.xx.2022-ci il tarixli “Borclunun məcburi gətirilməsi haqqında” qərarlar ilə müəyyən olunur ki, borclunun İmişli rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Məmmədov X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(036)-2760/2020 saylı icra sənədini üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Ona görə də, Məmmədov X3 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxs Afiq oğlunın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Afiq oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 ( beş yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar