Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-5/2024 22.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və barəsində inzibati icraat aparılan şəxs X2 iştirkı ilə, AR DİN İmişli RPŞ DYPB Xİİ Tağım YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: AR DİN İmişli RPŞ DYPB Xİİ Tağım YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə X3 AR İXM-nin 342.2.2-ci maddəsi ilə 150,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişdir. X3 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 18-53 radələrində o, idarə etdiyi “LADA VESTA SVV GFK33-ASH-52 Minik” markalı ** KR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə Himişli şəhəri ərazisində həkətdə olarkən yol polisi əməkdaşları tərəfindən saxlanılmış və ona nəqliyyat vasitəsində qanunla tətbiqinə icazə verilməyən təkər disklərindən istifadə edildiyi bildirilərək barəsində xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” elektron protokol tərtib edilmiş və AR DİN İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə qqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə 150,0 manat cərimə edilmişdir. Halbuki, nəqliyyat vasitəsində istifadə olunan təkər diskləri zavod üsulu ilə hazırlandığından və 15-18 ölçüyə uyğun olduğundan qanunla tətbiqinə icazə verilməyən avadanlıq olmamış və istifadə olunduğu müddətdə ona indiyədək heç bir etiraz bildirilməmişdir. Ona görə də, barəsində olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” elektron protokol qanunsuz hesab edilməli və AR DİN İmişli RPŞ DYPB Xİİ Tağım YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ləğv edilməlidir. İşdə olan «inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolunun surətinə əsasən X3 “LADA VESTA SVV GFK33-ASH-52 Minik” markalı ** KR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 18-53 radələrində idarə edərkən saxlanıldıqda nəqliyyat vasitəsinin avadanlığının dəyişdirildiyi aşkar edilmişdir. AR İXM-nin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi vaxt, yer və bu xətanın mahiyyəti göstərilməlidir. Həmin Məcəllənin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 100.1.10-cu maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar göstərilməlidir. Həmin Məcəllənin 81.3-cü maddəsinə əsasən xüsusi texniki vasitələrin göstəriciləri inzibati xəta haqqında iş üzrə protokolda qeyd olunur. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsininsürücüləri tərəfindən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. X1 barəsində tərtib edilmiş «inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolda inzibati xətanın aşkar edilməsini təsdiq edən sübutlar (nəqliyyat vasitəsində nə kimi avadanlığın dəyişdirildiyi, quraşdırılan avadanlığın əlamətləri, aşkar etməni qeydə alan texniki vasitələr, hal şahidləri və s. ) göstərilməmiş, aşkar edilən inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan başqa məlumatlar barədə qeyd olunmamış və qanunla tətbiqinə icazə verilməyən avadanlığın görüntüləri protokola əlavə edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın ( vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 “LADA VESTA SVV GFK33-ASH- 52 Minik” markalı ** KR *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini xx.xx.2023-cü il tarixdə, saat 18-53 radələrində idarə edərkən nəqliyyat vasitəsində avadanlıqların dəyişdirildiyi və ya qanunla tətbiqinə icazə verilməyən avadanlıqların quraşdırıldığı müəyyən olunmadığından onun barəsində AR İXM-nin 342.2.2ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraatın başlanması qanunsuz olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: X2 AR İXM-nin 342.2.2-ci maddəsi ilə 150,0 manat cərimə edilməsinə dair AR DİN İmişli RPŞ DYPB Xİİ Tağım YPX-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı (xx.xx.2023-cü il tarixli İXP ******* «inzibati xəta haqqında» protokol) ləğv edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-5/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-5/2024
22.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver