Məhkəmə qərarları › İş №3(036)-502/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-502/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-502/2023 19.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X3 iştirakı ilə, xx.xx.1997-ci ildə İmişli rayonu, Qaralar kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, İmişli rayonu, Qaralar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-6603 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydini icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, o, İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-6603 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi üzrə borc məbləği onun adına yazılmasına baxmayaraq, həmin pul vəsaiti başqa şəxsə verilmişdir. Bu səbəbdən də özünü borclu hesab etmir. O, taksi fəaliyyəti ilə məşğul olaraq ayda ***-**** manat qazanc əldə etməsinə baxmayaraq, icra qeydi üzrə borcunu ödəməmişdir icra məmurunun çağırışlarına gəlməmişdir. Maddi imkanının aşağı səviyyədə olması və bir müddət xəstə olması səbəbindən icra qeydini icra edə bilməmişdir. Hazırda özünü inzibati xəta törətməkdə təqsirli bilir. İcranı qısa müddətdə təmin edəcəkdir. Bu səbəbdən də məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ-6603 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirib, borclu olduğu pul vəsaitinin ödənilməsi üçün heç bir hərəkət etməmiş və üzərinə düşən vəzifəni icra etməmişdir. İmişli regional “ASAN Xidmət” mərkəzində notariat ofisinin 8İ-6603 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydi ilə müəyyən olur ki, Şəxs 2525 manat pul tutularaq X1 ödənilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2022-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2022-ci il və xx.xx.2022-ci tarixli xəbərdarlıqlar ilə borclu icra sənədinin icrasının təmin edilməsi barədə xəbərdarlıq edilmişdir. İmişli rayon icra və probasiya şöbəsinin xx.xx.2023-cü il tarxli qərarı ilə borclu Şəxs barəsində axtarış elan edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs İmişli regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 8İ- 6603 nömrəli, xx.xx.2022-ci il tarixli icra qeydinə əsasən Şəxs 2525 manat pul tutularaq X1 ödənilməsi barədə icra məmurunun qanuni tələbini üzürsüz səbəbdən icra etməmişdir. Ona görə də, Mərdanov X2 Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar