Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-507/2022 21.07.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyоn Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əliyev Ayhan Elnur oğlunun katibliyi, Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin barəsində AR İXM-nin 215.1 və 215.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs MMC-nin barəsində AR İXM-nin 215.1 və 215.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, ona məxsus olan İmişli şəhəri, Ağamalıoğlu küçəsi 2B-də fəaliyyət göstərən klinikada xx.xx.2022-ci il tarixdə, saat 14-05-də aparılan planlı yoxlama zamanı sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb fəaliyyəti aşkar edilmişdir. (xx.xx.2022-ci il tarixli MN 024106 saylı “İnzibati xəta haqqında protokol”) Şəxs MMC-nin nümayəndəsi X5 göstərmişdir ki, . Şəxs MMC-də işləyən sertifikasiyaya cəlb edilməli olan tibb işçiləri barədə indiyədək müəssisəyə məlumat veilməmiş və bununla bağlı hər hansı bir tələb irəli sürülməmişdir. Şəxs MMC əmək müqaviləsi əsasında işə götürülmüş tibb işçilərinin sertifikasiyaya cəlb edilməsi təşəbbüsü ilə çıxış etsə də pandemiya səbəbindən sertifikasiya olmadığından onların sertifikasiya olunması 2022-ci ilin sentyabr ayına təyin olunmuşdur. İşdə olan KY ********* nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışın surətinə əsasən İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 2B-də fəaliyyət göstərən Şəxs MMC-də ( VÖEN: **********2) xx.xx.2022-xx.xx.2022-ci il tarixdə planlı yoxlamanın aparılması nəzərdə tutulmuşdur. İşdə olan AR SN AEM-nin planlı ( növbəti) yoxlamanın keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli 447 saylı qərarının surətinə əsasən İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 2B-də yerləşən Şəxs MMC-nin ( VÖEN: **********2) fəaliyyətinin AEM-nin Tibbi Nəzarət şöbəsinin əməkdaşları-baş mütəxəssisləri X14 və X9, mütəxəssislər, X16 və X21, Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X17 iştirakı ilə xx.xx.2022xx.xx.2022-ci il tarixdə yoxlanılması nəzərdə tutulmuşdur. İşdə olan xx.xx.2022-ci il tarixli 277 saylı X22 Planlı ( Növbəti) Yoxlama Aktının surətinə əsasən AEMnin Tibbi Nəzarət şöbəsinin əməkdaşları-baş mütəxəssisləri X14 və X9, mütəxəssislər, X16 və X21, Hüquq şöbəsinin baş hüquq məsləhətçisi X27 tərəfindən Şəxs MMC (VÖEN: **********2) keçirilən yoxlama nəticəsində X6 (tibb bbacısı), X10 (laborant), X11 (laborant), X3 ( tibb bbacısı), X8 (ultrasəs ), X18 (kardioloq), X7 (Mama-ginekoloq ), X1 (diş həkimi ) tibbi sertifikasiyadan keçmədən tibbi praktika ilə məşğul olması faktı aşkar edilmiş, habelə labaratoriya sahəsində lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyəti göstərildiyi (mikrobioloji iş üzrə 24-28 saatlıq əkilmə prosesi və ona aid regentlər aşkarlanmışdır) müəyyən edilmişdir. İşdə olan AR VN Kommersiya hüquqi şəxslərinin Dövlət Reyestrindən Çıxarışın surətinə əsasən Şəxs MMC ( VÖEN: **********2) xx.xx.2014-cü il tarixdə Dövlət qeydiyyatına alınmışdır. ( Hüquqi ünvanı: İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 2B) İşdə olan xx.xx.2017-ci il tarixli İN/L-295/2017 saylı Lisenziyanın surətinə əsasən İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 2B-də yerləşən Şəxs MMC-ə ( VÖEN: **********2) özəl tibb fəaliyyətini həyata keçirməyə icazə verilmişdir. İşdə olan AR İqtisadiyyat Nazirliyindən verilmiş Məlumata əsasən İmişli şəhəri, Ağamalıoğlu küçəsi ev 2B-də yerləşən Şəxs MMC-də ( VÖEN: **********2) terapevtik, kardioloji, qastroenteroloji, endokrinoloji, nevropatoloji, dermatoloji, fizioterapevtik, ümumi cərrahi, ginekoloji, terapevtik stomatoloji, pediatrik, ultrasəs müayinəsi, oftalmoloji, otorinolarinqoloji, klinik və klinik-biokimyəvi ixtisas növləri üzrə Ambulator tibb xidməti işlərinin həyata keçirilməsinə yol verilir. İşdə olan elektron informasiya sisteminin xx.xx.2022-ci il tarixli 7C30GT4000100 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi haqqında” məlumatına əsasən X6 xx.xx.2022-ci il tarixdə Şəxs MMC-də müddətsiz əmək müqaviləsi bağlanmaqla tibb bbacısı vəzifəsinə qəbul edilmişdir. İşdə olan elektron informasiya sisteminin xx.xx.2022-ci il tarixli 7FT65CA000100 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi haqqında” məlumatına əsasən X10 25.01..2022-ci il tarixdə Şəxs MMC-də müddətsiz əmək müqaviləsi bağlanmaqla laborant vəzifəsinə qəbul edilmişdir. İşdə olan elektron informasiya sisteminin xx.xx.2022-ci il tarixli DYPG7RA000107 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi haqqında” məlumatına əsasən X11 xx.xx.2015-ci il tarixdə Şəxs MMC-də müddətsiz əmək müqaviləsi bağlanmaqla laborant vəzifəsinə qəbul edilmişdir. İşdə olan elektron informasiya sisteminin xx.xx.2022-ci il tarixli 1EYEYKK000205 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi haqqında” məlumatına əsasən X3 xx.xx.2017-ci il tarixdə Şəxs MMC-də müddətsiz əmək müqaviləsi bağlanmaqla tibb bbacısı vəzifəsinə qəbul edilmişdir. İşdə olan elektron informasiya sisteminin xx.xx.2022-ci il tarixli 3A2YLX7000104 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi haqqında” məlumatına əsasən X8 xx.xx.2015-ci il tarixdə Şəxs MMC-də müddətsiz əmək müqaviləsi bağlanmaqla ultrasəs exoqrafiyası üzrə mütəxəssis vəzifəsinə qəbul edilmişdir. İşdə olan elektron informasiya sisteminin xx.xx.2022-ci il tarixli 7GB855DR000204 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi haqqında” məlumatına əsasən X18 xx.xx.2015-ci i il tarixdə Şəxs MMC-də müddətsiz əmək müqaviləsi bağlanmaqla kardioloq vəzifəsinə qəbul edilmişdir. İşdə olan elektron informasiya sisteminin xx.xx.2022-ci il tarixli 5LBKJ60000105 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi haqqında” məlumatına əsasən X7 xx.xx.20158-ci il tarixdə Şəxs MMC-də müddətsiz əmək müqaviləsi bağlanmaqla həkim-Mama-ginekoloq vəzifəsinə qəbul edilmişdir. İşdə olan elektron informasiya sisteminin xx.xx.2022-ci il tarixli 54RFM9Q000203 nömrəli “Əmək Müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişi haqqında” məlumatına əsasən X4 xx.xx.2018-ci il tarixdə Şəxs MMC-də müddətsiz əmək müqaviləsi bağlanmaqla diş həkimi vəzifəsinə qəbul edilmişdir. “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunun 46-cı maddəsinin 1-ci abzastına əsasən Azərbaycan Respublikasında ali və ya orta ixtisas tibb müəssisələrində təhsil almış şəxslər, müvafiq diploma, yaxud xüsusi rütbəyə malik olan mütəxəssislər qanunvericiliklə müəyyən edilmiş qaydada tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Qanunun 46-cı maddəsinin 2-ci abzastına əsasən ali tibb və əczaçılıq təhsilini başa vurmamış şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi qaydada orta tibb təhsilli işçi vəzifəsində tibbi və əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qanunun 46-cı maddəsinin 3-cü abzastına əsasən fasiləsiz olaraq ixtisasları üzrə beş ildən çox işləməmiş həkimlər və əczaçılar müvafiq təhsil müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər;İxtisaslarının təsdiq olunmasından sonra İxtisasları üzrə beş ildən çox işləməmiş orta tibb və ya əczaçılıq təhsili olan işçilər dövlət səhiyyə sisteminin müvafiq müəssisələrində hazırlıq keçdikdən və qanunvericiliyə uyğun olaraq sertifikasiya olunduqdan sonra praktiki tibb və əcəzaçılıq fəaliyyəti ilə məşğul ola bilərlər. Qanunun 49-1-ci maddəsinin 1-ci abzastına əsasən paktik tibb və ya əczaçılıq fəaliyyəti ali və ya orta tibb təhsili olan şəxslər (işçilər) tərəfindən qanunvericilikdə nəzərdə tutulmuş qaydada ixtisasına uyğun həyata keçirilən tibbi yardımın göstərilməsi sahəsində və ya qanunvericiliyə uyğun olaraq dərman vasitələrinin hazırlanması, istehsalı və satışı sahəsində fəaliyyətdir. Qanunun 49-1-ci maddəsinin 2-ci abzastına əsasən əhaliyə keyfiyyətli səhiyyə xidmətinin göstərilməsinin təmin edilməsi və Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin şəxslər (işçilər), bu maddənin üçüncü və dördüncü hissələrində nəzərdə tutulmuş hallar istisna olmaqla, dövri olaraq beş ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb edilirlər. Qanunun 49-1-ci maddəsinin 3-cü abzastına əsasən hamilə qadınların, uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınların (uşağını təkbaşına böyüdən kişilərin) sertifikasiyası keçirilmir. Qanunun 49-1-ci maddəsinin 4-cü abzastına ali və orta ixtisas tibb təhsil müəssisələrini, o cümlədən rezidenturanı bitirmiş şəxslər qanunvericiliyə uyğun olaraq təhsilini təsdiq edən sənədin verildiyi gündən, ixtisasını qanunvericiliyə uyğun olaraq dəyişdirmiş tibb mütəxəssisləri yeni ixtisasını təsdiq edən sənədin verildiyi gündən beş il müddətində sertifikasiyadan keçirilmirlər. Qanunun 49-1-ci maddəsinin 5-ci abzastına sertifikasiyadan keçən şəxslərə (işçilərə) həmin şəxslərin beş il müddətində praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququnu təsdiq edən və forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sertifikasiya şəhadətnaməsi verilir. Qanunun 49-1-ci maddəsinin 6-ci abzastına əsasən sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmir. Qanunun 49-1-ci maddəsinin 7-ci abzastına Sertifikasiyadan keçməyən işçilər 6 ay müddətində iş yeri saxlanılmaqla, müvafiq təhsil müəssisələrində peşə hazırlığı keçərək, təkrar sertifikasiya olunmaq üçün müraciət edə bilərlər. Sertifikasiyadan təkrarən keçməyən işçilərlə əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. AR NK-nin xx.xx.1997-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan şəxslərin (işçilərin) sertifikasiyası Qaydaları”nın 2.1-ci bəndinə əsasən tabeliyindən və mülkiyyət formasından asılı olmayaraq, tibb müəssisələrində çalışan və özəl praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan tibb mütəxəssislərinin sertifikasiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi (bundan sonra — Nazirlik) tərəfindən həyata keçirilir. Qaydaların 2.7.1-ci bəndinə əsasən tibb mütəxəssislərinin sertifikasiyasının aparılmasını Sertifikasiya Şurası təşkil edir. Qaydaların 2.9-cu bəndinə əsasən sertifikasiyaya cəlb ediləcək tibb mütəxəssislərinin müəyyən edilməsi məqsədi ilə Nazirlik Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin məlumatlarını öyrənir, sertifikasiyaya cəlb edilməli olan tibb mütəxəssislərinin siyahısını müəyyən edir. Qaydaların 2.10 -cü bəndinə əsasən tibb mütəxəssisləri tərəfindən sertifikasiyadan keçmək üçün əmək kitabçası və onun notarial qaydada və yaxud kadrlar şöbəsində təsdiq edilmiş surəti ( 2.10.4) və digər sənədlər Nazirliyə təqdim edilir. Qaydaların 2.13-cü bəndinə əsasən təqdim edilmiş sənədlər bu Qaydanın tələblərinə uyğun olduqda, ərizəçi sertifikasiyaya cəlb edilən şəxslərin ümumi siyahısına daxil edilir və ona sənədlərin qəbul edilməsi haqqında arayış və yaddaş kitabçası verilir. Yaddaş kitabçasında sertifikasiya imtahanının prosedur qaydaları, habelə tibb mütəxəssislərinin sertifikasiyası ilə bağlı digər zəruri məlumatlar əks etdirilir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən sertifikasiyaya cəlb ediləcək tibb mütəxəssislərinin müəyyən edilməsi məqsədi ilə Şəxs MMCdə tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin məlumatları vaxtında öyrənilməyərək sertifikasiyaya cəlb edilməli olan tibb mütəxəssislərinin siyahısı müəyyən edilməmiş, həmin cəmiyyətdə işləyən X6 (tibb bbacısı), X10 (laborant), X11 (laborant), X3 ( tibb bbacısı), X8 ( ultrasəs ), X18 (kardioloq), X7 (Mama-ginekoloq ), X1 (diş həkimi ) “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunun 46-cı maddəsinin 3 və 4-cü abzastında göstərilən şəxslərə aid olub olmadığı yoxlanılmamış və sertifikasiyaya cəlb edilməmişlər. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 100.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti göstərilməlidir. AR İXM-nin 215.1-ci maddəsinə əsasən tibb fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən dövlət tibb müəssisələrinin nizamnamələrində və ya özəl tibb fəaliyyəti sahəsində onlara verilmiş lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Qanunun 215.4-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, yuxarıda adı çəkilən şəxslərin Şəxs MMC-də işə götürülməsi “Əhalinin sağlamlığının qorunması haqqında” AR Qanunun 46-cı maddəsinin və AR Əmək Məcəlləsinin tələblərinə zidd olmamışdır. Qanunun tələbinə əsasən sertifikasiyaya cəlb edilmş, lakin sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik tibb və ya əczaçılıq fəaliyyətinə buraxılmasına yol verilmədiyindən ancaq bu cür halların aşkar edilməsi AR İXM-nin 215.4-cü maddəsinin tərkib əlamətləri ilə əhatə edilə bilərdi. Şəxs MMC-nin barəsində olan xx.xx.2022-ci il tarixli MN 024106 saylı “İnzibati xəta haqqında protokol”da özəl tibb müəssisəsində lisenziyada göstərilən işlərdən və xidmətlərdən kənar tibb fəaliyyətinin həyata keçirilməsi barədə heç bir məlumat göstərilməmişdir. Ona görə də, Şəxs MMC-nin fəaliyyətində AR İXM-nin 215.1 və 215.4-cü maddələrinin tərkib əlamətləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs MMC-nin barəsində AR İXM-nin 215.1 və 215.4-cü maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (оn) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsilə AR Şirvan Apellyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-507/2022
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-507/2022
21.07.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver