Məhkəmə qərarları › İş №3(036)-508/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-508/2023

26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-508/2023 26.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Məmmədli Nadir Cabir oğlunun katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə İmişli rayonu, Rəsullu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli Koroğlu” MMC-də ekspeditor vəzifəsində işləyən, İmişli rayonu, Rəsullu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə saat 11-radələrində İmişli rayonu, Qızılkənd kəndi ərazisində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən məhəl qoymamışdır. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə saat 11 radələrində işlədiyi şirkətin avtomaşını ilə Biləsuvar rayonu istiqamətində hərəkətdə olarkən, İmişli rayonu, Qızılkənd kəndi ərazisində polis əməkdaşları tərəfindən “saxla” işarəsi verilmişdir. O, maşında sərnişin tərəfdə əyləşdiyi yerdən aşağı düşüb, polis əməkdaşlarına yaxınlaşmış və əsassız olaraq saxlanmalarını bildirərək onlarla mübahisə etmiş və səs-küy salmışdır. Həmin vaxt polis əməkdaşları ilə mübahis edərkən söyüş söymüş və onu nizam-intizama dəvət edən polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. Hazırda özünü inzibati xəta törətməkdə təqsirli bilir və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İmişli Rayon Polis Şöbəsinin sahə rəisi X3 izahat verərək göstərdi ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2023-cü il tarixdə saat 11 radələrində İmişli rayonu, Qızılkənd kəndi ərazisində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş üzrə şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşı Fərzəliyev Namiq izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə İmişli rayonu, Qızılkənd kəndi ərazisində xidməti zəzurətlə əlaqədar avtomaşın onun tərəfindən saxlanılmış, avtomaşında sərnişin kimi əyləşmiş Şəxs adlı şəxs maşından düşüb onunla yersiz mübahisə edərək, nalayiq ifadələr işlədib onun qanuni tələbinə qəsdən məhəl qoymamışdır. Yaxınlıqda xidmət aparan İmişli Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X1, İTB-nin sahə polis nəfəri, polis serjantı X7, və PPXB-nin polis nəfəri, polis serjantı X4 zəng edərək, olduğu yerə çağırmışdır. Polis əməkdaşları hadisə yerinə gələndə həmin vətəndaş onlarla da yersiz mübahisə etmiş və onu nizam-intizama dəvət etsələr də, o, hərəkətlərini davam etdirdiyi üçün İmişli Rayon Polis Şöbəsinə gətirilərək aiddiyatı üzrə məruzə olunmuşdur. Şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşı X1 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə İmişli rayonu ərazisində İmişli Rayon Polis Şöbəsinin polis nəfərləri X7 və X5 ilə birlikdə xidmətdə olarkən, İmişli Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili Namiq Fərzəliyev zəng edərək bildirdi ki, Qızılkənd kəndinin yaxınlığında xidməti zərurətlə əlaqədar bir avtomaşını saxlatdığını, lakin vətəndaşın onun qanuni tələbinə məhəl qoymadığını bildirmişdir. Onlar həmin yerə çatanda vətəndaşın polis əməkdaşı ilə yersiz mübahisə etdiyini görmüş və onu nizam-intizama dəvət etsələr də, o, hərəkətlərini davam etdirdiyi üçün İmişli Rayon Polis Şöbəsinə gətirilərək aiddiyatı üzrə məruzə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs tərəfindən xx.xx.2023-cü il tarixdə saat 11 radələrində İmişli rayonu, Qızılkənd kəndi ərazisində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Cəfərov X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) gün müddətinə inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli xx.xx.2023-cü il, saat 17:55-dən hesablansın. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar