Məhkəmə qərarları › İş №3(036)-512/2020

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-512/2020

30.11.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-512/2020 30.11.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Zərərçəkmiş şəxslər: X5 və X7, Zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi: X5 İnzibati xəta törətmiş şəxs: Şəxs iştirakı ilə xx xxxxx 1985-ci ildə İmişli rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, işləməyən, İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, ev 2, mənzil 16 ünvanda qeydiyyatda olan və yaşayan şəxs Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən Şəxs 29 oktyabr 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində İmişli şəhəri, X.Bəylərov küçəsi, ev 2 ünvanda yerləşən həyətdə şəxsi münasibətlər zəmnində yetkinlik yaşına çatmayan şəxs X8 və onun valideyni X6 döymüşdür. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhəri, S.Ağamalıoğlu küçəsi, ev 2, mənzil 16 ünvanda yaşayır. Zərərçəkmiş şəxslər X8 və X6 qonşuluğunda yaşayan İmişli şəhər sakini kimi tanıyır. Onu da qeyd edir ki, əvvəllər də Hüseynin valideynləri ilə mübahisələri olmuşdur. 29 oktyabr 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində İmişli şəhəri, X.Bəylərov küçəsi, ev 2 ünvanda yerləşən həyətdə X9 əsəbələşərək, onu döymüşdür. Buna əsas səbəb Hüseynin həyətdə uşaqlar ilə oynayan zaman onun övladını döyməsi olmuşdur. Daha sonra Hüseynin atası X10 hadisə yerinə gələrək, bunun səbəbini soruşmuş və onun ilə mübahisə etməyə başlamışdır. Mübahisə zamanı o, əsəbləşərək, əlinə keçdiyi köhnə avtomobil rulu ilə X6 döymüşdür. Hal-hazırda törətdiyi inzibati xəta əməlində özünü təqsirli bilir və səmimi peşmanlıq hissi keçirir. Bununla yanaşı bildirir ki, ilk dəfə inzibati xəta törədir, belə xoşagəlməz hadisəyə görə xəcalət hissi keçirir və baş verməsini arzu etməz idi. Gələcəkdə bir daha belə xoşagəlməz əməllərə yol verməyəcək və qayda-qanunlara əməl edəcəyəm. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X12 izahatında bildirmişdir ki, o, valideynləri ilə birlikdə İmişli şəhəri, X.Bəylərov küçəsi, ev 2, mənzil 29 ünvanda yaşayır. İnzibati xəta törətmiş şəxs Şəxs qonşuluğunda yaşayan İmişli şəhər sakini kimi tanıyır. Baş vermiş hadisə barədə qeyd edir ki, 29 oktyabr 2020-ci il tarixdə, təxminən saat 18:00 radələrində yaşadığı İmişli şəhəri, X.Bəylərov küçəsi, ev 2 ünvanda yerləşən həyətdə uşaqlar ilə oynayan zaman Aygünün uşağı ilə dalaşmışdır. Bunu eşidən Aygün ona əsəbləşərək, döymüşdür. Daha sonra o, bu xəbəri eşidən atası X10 hadisə yerinə gəlmiş və Aygündən bunun səbəbini soruşmuşdur. Aygün əlində olan köhnə avtomobil rulu ilə atası Azəri döymüşdür. Bütün bunları nəzərə alaraq, məhkəmə tərəfindən Şəxs barəsində Qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda, digər zərərçəkmiş şəxs X7 qanuni nümayəndəsi X10 zərərçəkmiş şəxs X7 izahatı ilə eyni məzmunlu izahat verərək, məhkəmə tərəfindən Şəxs barəsində Qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tənbeh növünün tətbiq edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan 19 noyabr 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd haqqında” qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığı üçün İmişli Rayon Polis X4 təhqiqatçısı, polis baş leytenantı Mehdi Hüseynzadə tərəfindən X3 şikayəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsinin tərkib əlamətləri olduğu üçün barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün İmişli Rayon Polis X2 Bölməsinə göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 591/20 saylı, 30 oktyabr 2020-ci il tarixli “ekspert rəyi”ndən görünür ki, 1. 1976-cı il təvəllüdlü X1 gözaltı-burun nahiyəsinə sıyrıq aşkar edilmişdir. 2. Qeyd edilmiş xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi. Qeyd edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11-Təcrübi və Tədris Birliyinin 592/20 saylı, 30 oktyabr 2020-ci il tarixli “ekspert rəyi”ndən görünür ki, 1. 2012-cı il təvəllüdlü X7 yanağında yumşaq toxumanın solda əzilməsi aşkar edilmişdir. 2. Qeyd edilmiş xəsarət bərk küt əşyanın təsirindən törənmişdir, müayinə olunan şəxsin göstərdiyi müddətdə və şəraitdə əmələ gələ bilərdi. Qeyd edilmiş xəsarət sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan MN ******* №-li, 30 noyabr 2020-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, İmişli şəhəri, X.Bəylərov küçəsi, ev 2 ünvanda yerləşən həyətdə şəxsi münasibətlər zəmnində yetkinlik yaşına çatmayan şəxs X8 və onun valideyni X6 döymüşdür. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs, zərərçəkmiş şəxslər X5 və X7 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi vardır. Bundan başqa, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs Şəxs inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs ilk dəfə inzibati xəta törətməsini, əməli etiraf etməsini və səmimi peşmanlığını Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 25.1-ci maddəsinə əsasən inzibati cərimə bu Məcəllədə nəzərdə tutulmuş hallarda hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən təyin edilən və təqsirkar şəxsdən dövlətin xeyrinə məcburi tutulan pul məbləğidir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati cərimə” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar