Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-517/2020 28.12.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 iştirakları ilə, xx xxxx 1976-cı il tarixdə İmişli rayon, Xəlfəli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum olunmamış İmişli rayon, Xəlfəli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Şəxs barəsində xx xxxxxx 2020-cu il tarixdə İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(036)-1316/2019 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında İmişli Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(036)-1316/2019 saylı icra sənədi üzrə tələbkar X1 1080 manat ödədiyini, qalan borcunu isə qısa bir müddətdə ödəyəcəyini bildirərək barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin icra məmuru X4 bildirdi ki, İmişli Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(036)-1316/2019 saylı icra sənədinə əsasən borclu Şəxs hər ay 160 manat məbləğində aliment tutularaq tələbkar X1 ödənilməlidir. Lakin borclu üzrlü səbəblər olmadan icra sənədinin icrasını təmin etməmiş, tələbkara 1560 manat məbləğində aliment borcu yaranmışdır. Ona görə də tərəfimdən borcunun barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Lakin borclu barəsində inzibati xəta haqqında protokol tərtib olunduqdan sonra, yəni xx xxxxxx 2020-ci il tarixdə tələbkara olan aliment borcundan 600 manat, xx xxxxxx 2020-ci il tarixdə isə 480 manat ödəmiş, hazırda onun tələbkara 480 manat məbləğində aliment borcu vardır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi onun özünün izahatı, icra məmurunun ifadəsi və iş materialları ilə tam sübut olunur. Lakin iş materiallarında olan qəbzlərdən görünür ki, borclu Şəxs son zərurət vəziyyətində tələbkara olan borcundan 1080 manat məbləğində ödəniş etmişdir. Azərbaycan Respublikası İXM-nin 53.0.3-cü maddəsinə görə şəxs son zərurət vəziyyətində hərəkət etdikdə inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 53, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-517/2020
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-517/2020
28.12.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver