Məhkəmə qərarları › İş №3(036)-53/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-53/2022

28.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-53/2022 28.01.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və X8 oğlunun katibliyi, barəsində «inzibati tənbeh tətbiq etmə haqqında» qərar qəbul edilmiş şəxsin nümayəndəsi İbadov Bəhlul Səməd oğlunun və AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Məmmədov Elton Eldəniz oğlunun iştirakı ilə, AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 30.11.2021-ci il tarixli ******* saylı qərarından barəsində «inzibati tənbeh tətbiq etmə haqqında» qərar qəbul edilmiş şəxs İbadov Səməd Bəybala oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bахараг MÜƏYYƏN ETDİ: AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 30.11.2021-ci il tarixli ******* saylı qərarı ilə İbadov Səməd Bəybala oğlu İmişli rayonu Yalavac kəndi ərazisində fəaliyyət göstərən pendir istehsalı sexində çirkab suları S-10 kollektoruna axıtmasına görə Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsi ilə 2500 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə verib qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində «inzibati tənbeh tətbiq etmə haqqında» qərar qəbul edilmiş şəxsin nümayəndəsi İbadov Bəhlul Səməd oğlu izahatında göstərmişdir ki, İbadov Səməd Bəybala oğluna məxsus olan İmişli rayonu Yalavac kəndi ərazisində yerləşən pendir isthsalı sexi 2007-ci ildən fəaliyyət göstərir və tullantı suları zovodun ərazisində qazılmış şambo tipli quyulara axıdılır. İstehsal prosesində əmələ gələn pendir suyu çirkab olmadığından tullantı sularına qatılmır. 27 sentyabr 2021-ci il tarixdə AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən qeyd olunan ünvanda aşkar edilən faktın pendir istehsalı sexi ilə heç bir əlaqəsi yoxdur. Belə ki, pendir sexinin yaxınlığından keçən şor kollektor əhalinin atdığı məişət tullantıları ilə çirkləndirilmişdir. Sexin sahibi İbadov Səməd Bəybala oğlu barəsində tərtib edilən inzibati xəta haqqında protokoldan xəbərsiz olmuşdur. Ona görə də, AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi üzrə tərtib edilmiş “inzibati xəta haqqında” 16.11.2021-ci il tarixli MN ******* nömrəli protokol qanunsuz hesab edilməli və səlahiyyətli şəxsin «inzibati tənbeh tətbiq etmə haqqında» 30.11.2021-ci il tarixli ******* saylı qərarı ləğv edilməlidir. AR ETSN 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin nümayəndəsi Məmmədov Elton Eldəniz oğlu göstərmişdir ki, İmişli rayonu Yalavac kəndi ərazisində fəaliyyət göstərən pendir isthsalı sexində əmələ gələn çirkab suların S-10 kollektoruna axıdılması barədə daxil olmuş məlumata əsasən 27 sentyabr 2021-ci il tarixdə AR ETSN 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin əməkdaşları tərəfindən keçirilmiş yoxlama zamanı həmin pendir istehsalı sexində əmələ gələn çirkab suların ərazidən keçərək bilavasitə Xəzər dənizinə tökülən S-10 kollektoruna axıdılması faktı aşkar edilmiş, bu barədə Akt yazılaraq ərazidə fotoşəkillər çəkilmiş və “inzibati xəta haqqında” 16.11.2021-ci il tarixli MN ******* nömrəli protokol tərtib edilərək sexin sahibi İbadov Səməd Bəybala oğlu AR İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Ona görə də, AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 30.11.2021-ci il tarixli ******* saylı qərarı qanuni hesab edilməlidir. Aşağıda göstərilənlərə görə hesab edir ki, şikayət təmin edilməlidir. İşdə olan 05.10.2021-ci il tarixli 71806 nömrəli Aktın surətinə əsasən AR ETSN 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən yoxlama keçirilərkən İmişli rayonu Yalavac kəndi ərazisində fəaliyyət göstərən pendir istehsalı sexində əmələ ələn çirkab suların ərazidən keçərək bilavasitə Xəzər dənizinə tökülən S-10 kollektoruna axıdılması faktı aşkar edilmiş və sexin sahibi ilə əlaqə saxlamaq mümkün olmadığından Yalavac bələdiyyəsi sədrinin iştirakı ilə əraziyə baxış keçirilərək fokoşəkillər çəkilmişdir. İşdə olan 16.11.2021-ci il tarixli MN ******* nömrəli “inzibati xəta haqqında” protokolun surətinə əsasən İmişli rayonu Yalavac kəndi ərazisində fəaliyyət göstərən pendir istehsalı sexində əmələ ələn çirkab suların S-10 kollektoruna axıdılması faktına görə həmin sexin sahibi İbadov Səməd Bəybala oğlu barəsində AR İXM-nin 264.0.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. AR İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 264.0.1-ci maddəsinə əsasən su obyektlərinin çirklənməsinin, zibillənməsinin və suların zərərli təsirinin qarşısını alan qurğuları və avadanlıqları olmayan müəssisələrin, kommunal və digər obyektlərin istismar edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, İbadov Səməd Bəybala oğlu özünə məxsus olan İmişli rayonu Yalavac kəndi ərazisində fəaliyyət göstərən pendir istehsalı sexində əmələ gələn çirkab suları S-10 kollektoruna axıtmaqla Azərbaycan Respublikası İXM-nin 264.0.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, AR ETSN 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 30.11.2021-ci il tarixli ******* nömrəli qərarı ilə İbadov Səməd Bəybala oğlunun AR İXM-nin İXM-nin müvafiq maddəsi ilə tənbeh edilməsi qanunsuz olmamışdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR ETSN 3 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər idarəsinin «inzibati tənbeh tətbiq etmə haqqında» 30.11.2021-ci il tarixli ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar