Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-530/2023 27.04.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, zərərçəkmiş şəxs X4, inzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə İmişli rayonu, Göbəktala kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsi, ev 61, mənzil 4-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində Elnur Babayevin etibarnamə ilə idarə etdiyi yük avtomobilinin təkər və motor hissəsini yandırmışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs törətmiş olduğu inzibati xətanı etiraf edərək izahatında göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17-18 radələrində Elnur Babayev idarə etdiyi “Shadman” markalı yük avtomobilini onun evinin yaxınlığında saxlamışdır. Həmin vaxt o, Elnura avtomobili orada saxlamamasını bildirmiş, lakin Elnur ona məhəl qoymamış və avtomobili istədiyi vaxt, istədiyi yerdə saxlayacağını bildirmişdir. Bu zaman o, Elnura əsəbiləşərək dərhal avtomobili oradan uzaqlaşdırmasını, əksi təqdirdə yandıracağını bildirmişdir. Elnur ona yenə məhəl qoymamış və bundan sonra o, yanacaqdoldurma məntəqəsinə gedib, 1 litr benzin alaraq gətirib avtomobilin təkərinə töküb yandırmış, lakin alovu orada olan şəxslər söndürmüşlər. Bundan sonra saat 19 radələrində o, təkrarən avtomobilin motorxanasına benzin tökərək yandırmışdır. Əməlindən peşman deyildir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə, saat 17-18 radələrində oğlu Elnur etibarnamə ilə idarə etdiyi “Shadman” markalı yük avtomobilini yaşadıqları evin qarşısında saxlamışdır. Həmin vaxt Şəxs onlara yaxınlaşaraq avtomobili orada saxlamamalarını tələb etmiş, oğlu və o, Hakimə həmin yerin onların evinin qarşısı olduğunu və avtomobili orada saxlamaqda ixtiyarlı olduqlarını bildirmişlər. Bundan sonra saat 19 radlərində həyətə çıxan zaman görmüşlər ki, Hakim avtomobilin təkər və motorxana hissəsinə benzin tökərk yandırmışdır. Nəticədə onun avtomobilinə 2122 manat məbləğində ziyan dəymişdir. İş materiallarında olan 10.03.202-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində X3 etibarnamə ilə idarə etdiyi “Shadman” markalı, **-SY-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinin təkər və motor hissəsini yandıraraq sonuncuya 2122 manat məbləğində maddi ziyan vurmuşdur. İşin faktiki halları ilə müəyyən olur ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 19 radələrində İmişli rayonu, Bəhrəmtəpə qəsəbəsində Elnur Babayevin etibarnamə ilə idarə etdiyi yük avtomobilinin təkər və motor hissəsini yandıraraq, sonuncuya 2122 manat məbləğində maddi ziyan vurmuşdur Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə inzibati xəta haqqında iş üzrə materialları tədqiq edərək hesab edir ki, Şəxs özgənin əmlakını qəsdən zədələməklə yuxarıda təsvir olunan inzibati xətanı törətmişdir. Ona görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta törətmiş şəxsin məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs şəxsiyyətini və təqsirlilik dərəcəsini nəzərə alaraq onun barəsində təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə, inzibati xəta nəticəsində vurulmuş ziyanın iki misli, yəni 4244 (dörd min iki yüz qırx dörd) manat məbləğində cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-530/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-530/2023
27.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver