Məhkəmə qərarları › İş №3(036)-54/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-54/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-54/2022 01.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ 01 fevral 2022-ci il tarixdə İmişli şəhərində İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi, barəsində inzibati icraat aparılan şəxs X1 və İmişli RPŞ YPX-nin inspektoru X2 iştirakı ilə, AR DİN-nin İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» 18.12.2021-ci il tarixli TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında bахараг MÜƏYYƏN ETDİ: AR DİN-nin İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» 18.12.2021-ci il tarixli TP ******* nömrəli qərarı ilə X3 AR İXM-nin 329.3 və 334.1-ci maddələri ilə 500 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişdir. X3 göstərmişdir ki, 15.12.2021-ci il tarixdə, saat 22-50 radələrində o, idarə etdiyi «LADA 21214 MİNİK » markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşınla İmişli şəhəri, Bazar küçəsi ilə hərəkət edərkən heç bir qayda pozuntusuna yol vermədiyi halda yol polisi əməkdaşları tərəfindən saxlanılmışdır. Həmin vaxt polis əməkdaşlarından nəyə görə saxlandığını soruşarkən ona sərxoş olduğu bildirilmiş və sonra İmişli RPŞ-nin inzibati binasına aparılaraq ALKOVİSOR aparatı ilə yoxlanılmışdır. Aparatın göstəricisinə etiraz etməsinə baxmayaraq həkim müayinəsindən keçirilməyərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və 500 manat cərimə olunmuşdur. Ona görə də, barəsində tərtib edilmiş 17.12.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol qanunsuz hesab edilməli və İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» 18.12.2021-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməlidir. İmişli RPŞ YPX-nin inspektoru X4 göstərmişdir ki, X1 idarə etdiyi «LADA 21214 MİNİK » markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşın 15.12.2021-ci il tarixdə, saat 22-50 radələrində İmişli şəhəri, H.Aslanov küçəsi ilə hərəkət edərkən yüksək səslə manevr etdiyinə görə saxlanılmış və sürücü aşkar sərxoş olduğu üçün İmişli RPŞ-nin inzibati binasına aparılaraq ALKOVİSOR aparatı ilə yoxlanılmışdır. Yoxlama nəticəsində X1 nəqliyyat vasitəsini idarə etmə hüququnun olmadığı müəyyən edilmiş və qanında olan alkoqolun 0,641 promilli olduğu aşkar edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilib500 manat cərimə olunmuşdur. Ona görə də, İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» 18.12.2021-ci il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilməlidir. İşdə olan AR DİN İmişli RPŞ DYPB üzrə tərtib edilmiş “inzibati xəta haqqında” 17.12.2021-ci il tarixli İXP ******* nömrəli protokolunun surətinə əsasən X3 17.12.2021-ci il tarixdə, saat 12-03 radələrində «LADA 21214 MİNİK » markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşını idarə edərək İmişli şəhərində hərəkətdə olarkən arxa işıq cihazından düzgün istifadə etmədiyinə görə saxlanılmış və SN 642754 nömrəli Alkomat aparatı vasitəsilə ilə yoxlanılarkən qanında olan alkoqolun 0,641 promilli olduğu aşkar edilmişdir. Onun nəqliyyat vasitəsini idarə etmək hüququ olmamışdır. İşdə olan SN 642754 nömrəli Alkomat aparatının 15.12.2021-ci il tarixli göstəricisi X3 barəsində 0,641 promilli qeyd etmişdir. AR İXM-nin 329.1-ci maddəsinə əsasən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarının pozulmasına görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Maddənin 333.1-ci maddəsinin Qeyd hissəinin 1-ci bəndinə əsasən xüsusi texniki vasitə qanda alkoqolun konsentrasiyasının 0,3 promilli və daha artıq olmasını və yaxud narkotik vasitələrin, psixotrop və digər güclü təsir edən maddələrin qəbulunu göstərdiyi halda şəxsin sərxo şluq vəziyyətində olduğu hesab edilir. AR NK-nin 27.07.2014-cü il tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi QAYDALARİ-nın 2.5-ci bəndinə əsasən səxsin xüsusi texniki vasitələrlə yoxlanılması zamanı alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoşluq vəziyyəti müəyyən olunarsa, polis əməkdaşları tərəfindən AR İXM-nin müvafiq maddəsinə uyğun olaraq protokol tərtib edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, X3 nəqliyyat vasitəsini idarə etmək hüququ olmadığı halda 15.12.2021-ci il tarixdə, saat 22-50 radələrində «LADA 21214 MİNİK » markalı ** RZ *** dövlət nömrə nişanlı avtomaşını İmişli şəhərində sərxoş vəziyyətdə idarə etmişdir. Ona görə də, onun İXM-nin müvafiq maddələri ilə tənbeh olunması haqqında AR DİN-nin İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» 18.12.2021-ci il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin . AR DİN-nin İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» 18.12.2021-ci il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilsin Qərardan 10 (он) gün müddətində İmişli rayon məhkəməsi vasitəsilə AR Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar