Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-543/2024 01.08.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC barəsində Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən "xxxx" MMC barəsində xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının 2023-cü ildə auditini həyata keçirməmişdir. Buna görə də "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə inzibati xəta protokolu tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında icraat aparılan şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək göstərdi ki, Cəmiyyətin xx.xx.2022-ci tarixinə başa çatan il üzrə maliyyə hesabatları xx.xx.2023-cü il tarixədək rəhbərlik tərəfindən təsdiq olunaraq təqdim olunmuşdur. Cəmiyyətin 2022-ci il maliyyə ili üzrə həyata keçirilməli olan məcburi auditdən yayınma fikri olmamışdır. Bu dövrdə cəmiyyətin müəyyən maliyyə çətinliyi olduğundan yubanma olmuşdur. Lakin, buna baxmayaraq "xxxx" MMC-yə müraciət olunaraq cəmiyyətin maliyyə hesabatlarının auditin aparılmaslı ilə bağlı xx.xx.2023-cü il tarixli M-30130 saylı auditor xidməti göstərilməsi barədə müqavilə bağlamış və xx.xx.2024-cü il tarixli müstəqil auditorun hesabatı ilə rəsmiləşdirilmişdir. Bu səbəbdən də, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 91.4-cü maddəsinə görə məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor calb etməlidir (kanar audit). “Auditor xidməti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür. Göstərilən qanunvericilik aktlarının tələblərinə əsasən "xxxx" MMC 2022-ci il üzrə maliyyə hesabatlarının auditini 2023-cü ildə həyata keçirməlidir. Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən 26 aprel 2024-ci il tarixli 10- 1/02-81 nömrəli məktubla 2022-ci il üzrə maliyyə hesabatlarını audit etdirən təşkilatların siyahısı Maliyyə Nazirliyinə təqdim edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adı həmin siyahıya daxil edilməmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının Auditorlar Palatasının rəsmi internet səhifəsində yerləşdirilmiş məcburi auditdən keçmiş təşkilatların elektron siyahısında həmin təşkilatın adı mövcud deyildir. Qeyd olunanların aydınlaşdırılması üçün Azərbaycan Respublikasının Maliyyə Nazirliyi adıçəkilən Məhdud Məsuliyyətli Cəmiyyətlərinə bildiriş göndərməklə təşkilatlara 2022-ci il üzrə maliyyə hesabatlarının auditinin 2023-cü ildə qanunla nəzərdə tutulmuş hallarda həyata keçirilməməsi ilə əlaqədar məcburi auditdən yayınmağa görə inzibati xəta haqqında işə müvafiq tarixdə Maliyyə Nazirliyinin Uçot siyasəti şöbəsində baxılacağını bildirmişdir. Bundan əlavə, təşkilatın 2022-ci il üzrə illik maliyyə hesabatlarının auditinin keçirilməsi ilə əlaqədar audit rəyinin mövcud olduğu təqdirdə həmin rəyin məktubda qeyd olunan tarixədək elektron poçt vasitəsilə Maliyyə Nazirliyinə göndərilməsi xahiş edilmişdir. Lakin təşkilat Maliyyə Nazirliyinə həmin auditor rəyini və ya məcburi auditdən keçməməsini əsaslandıran hər hansı bir sənədi təqdim etməmişdir. Qanunvericiliyin tələbinə görə illik maliyyə hesabatlarının düzgünlüyünün yoxlanılması üçün müstəqil auditorun cəlb edilməsi növbəti il ərzində, ilin sonunadək həyata keçirilməlidir. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə uyğun olaraq maliyyə qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündan an geci bir il keçənədək verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmaq inzibati xəta hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 18.1. Hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Maddə 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. Maddə 18.5. bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə işin faktiki hallarina qiymət verərək hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xətanın xarakterini nəzərə alaraq məhkəmə hesab edir ki, inzibati xəta törətmiş "xxxx" MMC barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar çıxarılmalıdır. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq olunmasını məqsədə müvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC (VÖEN **********, AZ3000, hüquqi ünvan: İmişli rayonu, Xubyarlı kəndi) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 1500 manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-543/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-543/2024
01.08.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver