Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-549/2021 13.12.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Əliyev Mirağa Aydın oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx xxxxx 1975-ci il tarixdə İmişli rayonunun Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, ali təhsilli, İmişli RİHB-nın İmişli şəhər İƏD üzrə nümayəndəliyində aparıcı mütəxəssis vəzifəsində işləyən , İmişli şəhəri, ünvan 1 ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə toplanmış inzibati icraat materialına açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, 13 dekabr 2021-ci il tarixdə saat 15:25 radələrində İmişli rayon İcra Hakimiyyətinin binasında aparat işçilərini nalayiq ifadələrlə təhqir edib iş rejimini pozaraq xırda xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs yuxarıda təsvir olunan inzibati xətanın törədilməsində özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, 13 dekabr 2021-ci il tarixdə torpaq almaq üçün İmişli rayon İcra Hakimiyyətinə getmiş, orada İmişli rayon İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin müdiri Nazim Rəsulovla görüşmüş və torpaq almaq üçün müraciət etmək istədiyini bildirmişdir. Lakin həmin vaxt Nazim Rəsulovla aralarında mübahisə yaranmış və səs-küyə aparatın digər işçiləri, o cümlədən İcra başçısı gəlmişlər. Həmin vaxt o, orta dərəcəli sərxoş vəziyyətində olsa da heç kimi söyüb təhqir etməmişdir. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin müdiri X11 izahatında göstərdi ki, 13 dekabr 2021-ci il tarixdə saat 15:25 radələrində İmişli rayon İcra Hakimiyyəti başçısının şəhər İƏD üzrə nümayəndəliyində aparıcı mütəxəssis vəzifəsində işləyən Şəxs alkoqol sərxoşluğu vəziyyətində onun qəbuluna gələrək torpaq almaq üçün şifahi müraciət etmiş, lakin o, ona müraciətini rəsmi qaydada etməli olduğunu bildirdikdə sonuncu yüksək səs tonu və nalayiq ifadələrlə onunla mübahisə etməyə başlamış, səs-küyə aparat işçiləri gəlmiş və nəticədə aparat işçilərinin normal iş rejimi pozulmuşdur. O və İcra Hakimiyyətinin digər aparat işçiləri Şəxs dəfələrlə nizam-intizama dəvət etsələr də sonuncu onlara məhəl qoymayaraq qanunsuz hərəkətlərini davam etdirmişdir. Sonra Şəxs qanunsuz hərəkətləri barədə akt tərtib olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon İcra Hakimiyyəti başçısı Aparatının vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri X1, İmişli rayon İcra Hakimiyyəti başçısı Aparatı Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi X5 və İmişli rayon İcra Hakimiyyəti başçısının Əliqulular kənd İƏD üzrə nümayəndəsinin müavini, İcra hakimiyyətində növbətçi olan X4 işin hallarına dair şahid X6 ifadəsinə uyğun ifadə verdilər. Məhkəmədə şahid qismində dindirilmiş İmişli rayon Mühafizə Bölməsində polis nəfəri işləyən X7 ifadəsində göstərdi ki, 13 dekabr 2021-ci il tarixdə İmişli rayon İcra Hakimiyyətində xidmətdə olan zaman Şəxs İcra Hakimiyyətinə gəlmiş, lakin onun nə məqsədlə gəldiyini bilməmişdir. Bir müddət sonra İcra Hakimiyyətinin inzibati binasında səs-küy eşitmiş, dərhal oraya getmiş və Şəxs İcra Hakimiyyətinin Aparat işçilərinə qarşı nalayiq ifadələr işlədərək ictimai qaydanı kobud şəkildə pozmasını görmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş İmişli RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyən X2 işin hallarına dair şahid X3 ifadəsinə uyğun ifadə verdi. Məhkəmə qeyd edir ki, Şəxs tərəfindən yuxarıda təsvir olunun inzibati xətanın törədilməsi onun özünün izahatı, şahidlərin ifadələri və inzibati xəta haqqında iş üzrə icraatın materialları ilə öz təsdiqini tapır. İş materiallarında olan 13 dekabr 2021-ci il tarixli, 109 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Şəxs yüngül dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İşə əlavə edilmiş 13 dekabr 2021-ci il tarixli, 150 nömrəli arayışdan görünür ki, Şəxs hazırda İmişli RİHB-nın İmişli şəhər İƏD üzrə nümayəndəliyində aparıcı mütəxəssis vəzifəsində işləyir. İşə əlavə edilmiş Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə fondu publik hüquqi şəxsinin 10 saylı regional ərazi filialı tərəfindən verilmiş 13 dekabr 2021-ci il tarixli, 216333/1804 nömrəli arayışdan görünür ki, Şəxs filialdan 80 manat məbləğində “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nü alır. Məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir, ona görə də o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs həmin inzibati xətanı sərxoş vəziyyətində törətməsini cəzasını ağırlaşdıran hal kimi nəzərə alır. Şəxs cəzasını yüngülləşdirən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə Şəxs cəza təyin edərkən törətdiyi xətanın xarakterini, şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq ona Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin sanksiyasında nəzərdə tutulmuş qaydada həbs növündə inzibati tənbeh tətbiq edilməsini qanuni və ədalətli hesab edir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 5 (beş) gün müddətə inzibati qaydada həbs edilsin. Həbsdə saxlama müddətinin əvvəli 13 dekabr 2021-ci il tarixdən, saat 18:35-dən hesablansın. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli rayon məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-549/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-549/2021
13.12.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver