Məhkəmə qərarları › İş №3(036)-55/2022

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-55/2022

01.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-55/2022 01.02.2022 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Qəniyev Nurlan Mehman oğlunun katibliyi və AR FHN Muğan rejional DYNİ-nin nümayəndəsi Əliyev Məhərrəm Samid oğlunun iştirakı ilə, Şəxs QSC ( VÖEN: **********) barəsində AR İXM-nin 518.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Şəxs QSC ( VÖEN: **********) barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, cəmiyyət tərəfindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Su Anbarının ərazisində aparılan tikintidə ərazi yanar maddə və materiallardan ( yanacaq sürtgü materiallarından təmizlənməmiş, ərazi yanğın lövhəsi ilə təmin edilməmiş və tikinti üçün ayrılmış düşərgənin yerləşdirilməsi barədə DYNX ilə razılaşdırılmamışdır. Şəxs QSC tələb olunanlara əməl etməyərək 01-2001 nömrəli YTQ-nın 3.1-3.2; 10.1-10.4; 1.9-12 –ci bəndlərini pozmuşdur. AR FHN Muğan rejional DYNİ-nin nümayəndəsi Əliyev Məhərrəm Samid oğlu göstərmişdir ki, AR FHN DYNX-nin yanğın-texniki müayinəsinin aparılması haqqında 24.12.2021-ci il tarixli 2753 saylı qərarına əsasən idarənin əməkdaşları tərəfindən 11 yanvar 2022-ci il tarixdə yanğın-texniki müayinəsi aparılarkən Şəxs QSC tərəfindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Su Anbarının ərazisində aparılan tikintidə ərazinin yanar maddə və materiallardan ( yanacaq sürtgü materiallarından təmizlənməməsi, yanğın lövhəsi ilə təmin edilməməməsi və tikinti üçün ayrılmış düşərgənin yerləşdirilməsi barədə DYNX ilə razılaşdırılmaması aşkar edilmişdir. Şəxs QSC tələb olunanlara əməl etməyərək 01-2001 nömrəli YTQ-nın 3.1-3.2; 10.1-10.4; 1.9-12 –ci bəndlərini pozduğuna görə barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. İşdə olan 07.01.2022-ci il tarixli KY ********* nömrəli Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarışın surətinə əsasən Şəxs QSC tərəfindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Su Anbarının ərazisində aparılan tikintidə 10.01.2022- 14.01.2022-ci il tarixdə planlı yanğın-texniki müayinəsinin aparılması nəzərdə tutulmuşdur. İşdə olan AR FHN DYNX-nin yanğın-texniki müayinəsinin aparılması haqqında 24.12.2021ci il tarixli 2753 saylı qərarının surətinə əsasən illik plan üzrə Şəxs QSC tərəfindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Su Anbarının ərazisində aparılan tikintidə 10.01.2022-14.01.2022ci il tarixdə planlı yanğın-texniki müayinəsinin aparılması həyata keçirilməlidir. İşdə olan AR FHN DYNX Muğan Regional Dövlət Yanğın Nəzarəti İdarəsi üzrə tərtib edilmiş 11.01.2022-ci il tarixli 2753 Yanğın-texniki müayinə Akta əsasən idarənin iki nəfər əməkdaşı tərəfindən Şəxs QSC tərəfindən İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Su Anbarının ərazisində aparılan tikintidə yanğın-texniki müayinəsi aparılarkən ərazinin yanar maddə və materiallardan ( yanacaq sürtgü materiallarından təmizlənməməsi, yanğın lövhəsi ilə təmin edilməməməsi və tikinti üçün ayrılmış düşərgənin yerləşdirilməsi barədə DYNX ilə razılaşdırılmaması aşkar edilmişdir. Şəxs QSC tərəfindən 01-2001 nömrəli YTQ-nın 3.1-3.2; 10.1-10.4; 1.9-12 –ci bəndlərinin tələbinə əməl edilməmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 518.3-cü maddəsinə əsasən inşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs QSC ( VÖEN: **********) İmişli rayonu Bəhrəmtəpə qəsəbəsində yerləşən Su Anbarının ərazisində aparılan tikintidə ərazini yanar maddə və materiallardan ( yanacaq sürtgü materiallarından) təmizləməyərək, ərazi yanğın lövhəsi ilə təmin etməyərək və tikinti üçün ayrılmış düşərgənin yerləşdirilməsi barədə DYNX ilə razılaşdırmayaraq 01-2001 nömrəli YTQ-nın 3.1-3.2; 10.1-10.4; 1.9-12 –ci bəndlərini pozmaqla AR İXMnin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Ona görə də, fəaliyyətində YTQ-na əməl etməyən həmin təqsirkar cəmiyyət İXM-nin müvafiq maddəsi ilə inzibati qaydada tənbeh edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs QSC ( VÖEN: **********) Azərbaycan Respublikası İXM-nin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 ( iki min) manat cərimə edilsin. Qərardan 10(on) gün müddətində İmişli rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar